“Dəyişiklik və Güclənmə”
Beynəlxalq Multidisiplinar Qadın Konqresi
13-16 oktyabr 2009-cu il, İzmir, Türkiyə
13-16 oktyabr 2009-ci il tarixlərində Türkiyənin İzimir şəhərində Beynəlxalq Multidisiplinar Qadın Konqresi keçirilmişdir. “Dəyişiklik və Güclənmə” ümumi başlığı altında təşkil olunan konqresin əsas məqsədi qadın tədqiqatları mövzusundaki son yenilikləri dəyərləndirmək, bu sahədə çalışan elm adamları arasında ünsiyyət və əlaqələri inkişaf etdirmək olaraq müəyyən olunmuşdur.
Dünyanın 50-dan çox ölkəsindən olan mindən çox elm adamı, siyasətçi və sənət adamlarının iştirak etdiyi konfransda 18 əsas mövzu ətrafında 1500 məruzə dinlənilmişdir. Beynəxalq konfransda ölkəmizi AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov “Şərqdə və Qərbdə qadının ailə və cəmiyyətdə vəzifələrinə fərqli yanaşmalar”, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə “Şərqdə və Qərbdə qadın: ideallar və gerçəklər”, AMEA Fəlsəfə, Sosiologiya və Hüquqi Tədqiqatlar İnstitutu sosiologiya şöbəsinin böyük elmi işçisi, sosiologiya elmləri namizədi Əbülfəz Süleymanov “İşçi miqrasiyasının Azərbaycan qadınlarına təsiri” mövzuları ilə təmsil etmişdirlər.