Fəlsəfə Dünyası

Səlahəddin Xəlilovun Türkiyənin bir qrup ziyalısı ilə görüşü keçirilmişdir.


 

Səlahəddin Xəlilovun Türkiyənin bir qrup ziyalısı ilə görüşü keçirilmişdir.

Səlahəddin Xəlilovun Türkiyənin bir qrup ziyalısı ilə görüşü keçirilmişdir.

Fevralın 22-də Gazi Universitetinin mərasimlər zalında (Ankara şəhəri) AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun Türkiyənin bir qrup ziyalısı ilə görüşü keçirilmişdir. Şam yeməyi süfrəsi arxasında təşkil olunan görüşdə Gazi Universitetinin rektoru professor Rıza Ayhan, universitetin professor-müəllim heyyəti, habelə Türkiyənin tanınmış ziyalıları və “Almıla” jurnalının bir qrup gənc yazarı iştirak edirdi. Tədbirin əvvəlində Gazi Universitetinin iqtisadi elmlər fakültəsinin müəllimi,  professor Vedat Bilgin Səlahəddin Xəlilovun həyat və yaradıclığı haqqında qısa arayış verdikdən sonra, onun Şərq-Qərb mövzusunda apardığı tədqiqatların və bu sahədə qələmə aldığı fəlsəfi əsərlərin Azərbaycan və bütövlükdə türk dünyasında baş verən proseslərin dərk olunması baxımından əhəmiyyətindən danışdı. Daha sonra Vedat Bilgin Səlahəddin Xəlilovun son dövrlər “Almıla” jurnalında çap olunan “Məhəbbət və İntellekt” mövzusunda silsilə yazılarının türk oxucularının və xüsusilə gənclərin çox böyük marağına səbəb olduğunu söylədi.
Səlahəddin Xəlilov öz nitqində Şərq-Qərb sivilizasiyaları dialoqu, Şərqdə təsəvvüf  təliminə yanaşmalar, məhəbbət və intellekt mövzusunda məsələlərə toxundu. Xüsusilə elm adamının məhəbbət və intellekt mövzusundaki dedikləri dinləyicilərin böyük marağına səbəb oldu və bu mövzu ətrafında fikir mübahisəsi aparıldı.
Xalq musiqisi ifaçılarının kiçik konsert proqramı ilə görüş sona çatdı.

 





02.03.2010    çap et  çap et