Fəlsəfə Dünyası

S.Xəlilov Türkiyənin “Səs Tv” kanalının qonağı olmuşdur


 

S.Xəlilov  Türkiyənin “Səs Tv” kanalının qonağı olmuşdur

S.Xəlilov  Türkiyənin “Səs Tv” kanalında  qloballaşma prosesində türk dünyasının problemlərini geniş təhlil etmişdir

Türkiyənin Ankara şəhərinə səfəri çərçivəsində AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov “Səs Tv” kanalının “Erdinc Yazıcı ilə Konuşulmayanlar” proqramının qonağı olmuşdur. Verilişin aparıcısı Gazi Universitetinin iqtisadi elmlər fakültəsinin müəllimi,  sosiologiya doktoru  Erdinc Yazıçının qloballaşma prosesində Türk dünyasının qarşılaşdığı problemlər, Şərq-Qərb problematikası, Türk dünyasında fəlsəfə mövzusundaki suallarına verilişin izləyiciləri S.Xəlilovun çox məzmunlu və geniş mülahizələrini eşitmə fürsəti əldə etdilər .
Verilişin digər qonağı AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun aparıcı elmi işçisi, Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti Əbülfəz Süleymanlı türk dünyası sosioloqalrı arasında əlaqələrdən və Türk dünyası ölkələrinin qarşılaşdığı ictimai problemlərdən danışdı.

 

 





02.03.2010    çap et  çap et