Fəlsəfə Dünyası

“Ziyalı ünsiyyəti”ndə görüş


 

“Ziyalı ünsiyyəti”ndə görüş

Aprel ayının 4-də “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində professor Səlahəddin Xəlilovla görüş  olub. Görüşdə yazıçı-dramaturq Əli Əmirli, şair-pedaqoq Zahid Xəlil, Prof. Dr. Rəfiqə Əzimova, Prof. Dr. Könül Bünyadzadə, Dr. Əhməd Qəşəmoğlu, Dr. Əbülfəz Süleymanlı, Dr. Bəhram Həsənov, sənətşünas Sara Oğuz, tənqidçi Aydın Talıbzadə, psixoloq Sevinc Dadaşova və gənclər iştirak ediblər.
S.Xəlilovun “Milli mentalitetin təfəkkür qatı” mühazirəsi qonaqlar tərəfindən maraqla dinlənildi. Çıxışdan sonra mövzu ətrafında diskussiya keçirildi və S.Xəlilov verilən sualları cavablandırdı.                       S.Xəlilov
Görüşün sonunda Birliyin sədri Solmaz Əmirli “Ziyalı ünsiyyəti”nə dəvəti qəbul etdiyi və olduqca maraqlı mühazirəsi üçün S.Xəlilova təşəkkürünü bildirdi və ənənəyə uyğun olaraq, ona xatirə diplomu və hədiyyə olaraq Qurani Kərimin tərcüməsini təqdim etdi. S.Xəlilov görüşdən məmnun qaldığını və “Ziyalı ünsiyyəti”ndəki növbəti görüşlərin daha geniş auditoriyalarda keçirilməsini arzuladığını söylədi.

 





08.04.2010    çap et  çap et