az  |   tr
Fəlsəfə dünyası

«FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR» – 2009, № 2 (26)   –  [07.08.2009]

«FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR» – 2009, № 2 (26)

AFSEA tərəfindən nəşr olunan «Fəlsəfə sosial-siyasi elmlər» jurnalının 2009-cu ildə ikinci nömrəsi çapdan çıxmışdır.

Jurnala ön söz yazan akademik Ramiz Mehdiyev bildirir ki, qloballaşmanın əsas təsir vasitələri iqtisadi və siyasi amillər olsa da, mə­­dəniyyət sahəsində inteqrasiya meylləri də getdikcə artmaqdadır. Ənə­nə­çi­likdən müasirliyə gedən yol müxtəlif xalqları ortaq bir ictimai modelə ya­xın­laşdırır və milli identifikasiyanın kəskin konturları getdikcə solğun­la­şır. Ən yeni mərhələdə düşüncə tərzləri, fikrin metodologiyası və fəlsəfi dün­ya­gö­rüşləri arasındakı fərqlər də getdikcə azalır. Fəlsəfi idrakın ümum­bə­şəri də­yər­lər kontekstində inkişaf etdirilməsi beynəlxalq inteqrasiya sisteminə də təsir göstərir.

Akademik Ramiz Mehdiyev bu il mayın 2-də AFSEA-nın təşəbbüsü ilə Bakıda keçirilən «Müasir dünyada yeni düşüncəyə ümumi baxış» möv­zu­sunda beynəlxalq elmi konfransın böyük əhəmiyyətini vurğulayaraq bildirir ki, ortaq milli fəlsəfi fikir ənənələrinə malik olan xalq­la­rın həm fəlsəfə tarixi sahəsində, həm də müasir fəlsəfi tədqiqatlar sa­hə­sin­də əməkdaşlıq etməsi çox vacibdir. Bu baxımdan, konfransda Azər­baycanın fəlsəfə, sosiologiya və politologiya sahəsində tədqiqat apa­ran alim­ləri ilə yanaşı, Türkiyə və Əlcəzairdən gəlmiş görkəmli elm adam­la­rı­nın iştirakı gələcək elmi əməkdaşlıq planlarının işlənib hazırlanması üçün mü­əy­yən imkanlar açdı. Eyni zamanda, biz qonşu Türkiyədə fəl­sə­fi təd­qi­qatların vəziyyəti və problematikası haqqında ətraflı bilik ala bildik. 

Qoyulan problemin həll yollarının axtarışı jurnalın müasir fəlsəfənin aktual problemləri rubrikasında akademik Ramiz Mehdiyevin “Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair” adlı məqaləsində də davam etdirilir. Müəllifin yazdığına görə, müasir fəlsəfi düşüncənin strukturunda min illərdən bəri toplanmış ənə­nəvi bilik və metodlarla yanaşı, yeni dövrün spesifikasından irəli gələn mə­qamlar da ortaya çıxır. Ona görə də fəlsəfənin qarşısında duran vəzifələr tək­cə klassiklərin əsərlərini təhlil etməkdən ibarət olmayıb, həm də yaşa­nı­lan dövrün xüsusiyyətləri nəzərə alınmasını tələb edir. Müasir dövr öz fəl­səfi təhlilini gözləyən yeni hadisələrlə zəngindir. Bu hadisələr həm siyasi, iq­tisadi, sosial sahələri, həm də mədəni-mənəvi həyatı ehtiva edir.

Bu istiqamətdə gedən proseslərdə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının rolunu xüsusi vurğulayan Ramiz Mehdiyev onun nəşr etdiyi “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının bu sahədəki təşəbbüsünü gələcəkdə türkdilli xalq­la­rın birgə fəlsəfi tədqiqatlarını işıqlandırmaq üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirir.

İslam dünyasının böyük mütəfəkkirlərindən biri İbn Xəldunun (1334-1409) 675 illik yubileyinin ölkəmizdə qeyd olunması bu ­na­si­bətlə jur­na­lımızda məqalələr dərc edilməsi xüsusi əhəmiyyətə malikdir. Be­ ki, İbn Xəldun tarix fəlsəfəsi siyasi fəlsəfə sahəsində təkcə ərəb­lərin deyil, bütün dün­yanın ən böyük simalarından biridir. O, həm də so­si­o­lo­giya elminin ba­ni­si hesab olunur. Belə ki, müasir sosiolo­gi­ya­nın bir sıra ter­minləri, habelə si­vilizasiya haqqında təlimin prinsipləri İbn Xəl­dun ya­ra­dıcılığında sistemli şə­kildə tədqiq edilmişdir. Onun təlimi İs­lam ­şün­­si ilə sonrakı əsrlərdə ya­ranmış Qərb düşüncəsi arasında bir kör­ ro­lu­nu oynamışdır. Jurnalın İbn Xəldunun yubileyinə həsr olunmuş rubrikasında AMEA-nın müxbir üzvü, prof. S.Xəlilovun  «İbn Xəldun – materialist, K.Marks isə idealist simasında» adlı məqaləsi və İbn Xəldunun məşhur “Müqəddimə” əsərindən tərcümələr yer almışdır.

XIX-XX əsrlərin tanınmış simalarından biri Mixail Nüaymənin əsər­­lə­ri­nin ilk dəfə olaraq Azərbaycan dilində çap olunması da diqqətə la­yiq­­dir. Keç­miş sovet məkanında ərəb məhcər ədəbiyyatının görkəmli təd­qi­qatçısı pro­fessor Aida İmanquliyeva tərəfindən tədqiq olunmuş sa­­ şair kimi de­yil, həm görkəmli bir mütəfəkkir kimi təqdim olun­muş M.Nüaymənin yaradıcılığı həm fəlsəfə tarixinin öyrənilməsi baxımından, həm müasir fik­rin formalaşmasında klassiklərin rolunun nəzərə alınması baxımından çox əlamətdardır. Jurnalın Mixail Nüaymənin 120 illik yubileyinə həsr olunmuş rubrikasında həm mütəfəkkirin görüşlərini şərh edən məqalə və yazıçının əsərlərindən tərcümələr oxucuların ixtiyarına verilir.

Ənənəvi olaraq jurnalın bu sayında da AFSEA-nın həyata keçirdiyi və ya qatıldığı elmi-fəl­səfi tədbirlər, eyni zamanda Azərbaycan filosoflarının xarici öl­kələrdə keçirilən bir sıra konfranslarda iştirakı və ölkəmizdə təşkil olu­nan beynəlxalq miqyaslı fəlsəfi tədbirlər haqqında məlumat dərc olunmuşdur.

Endir Endir

Baxılıb: 5457


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.