az  |   tr
Fəlsəfə dünyası

«Fəlsəfə və sosial-siyasi elmlər» - 2015, № 1   –  [12.11.2016]

«Fəlsəfə və sosial-siyasi elmlər» - 2015, № 1

                              Ön söz əvəzi:
                               Dünya hara gedir,
                               fəlsəfə hara?


2014-cü ildə biz “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının son 36-cı nöm¬rəsini dərc elədik, 12 il ərzində keçilmiş yola bir növ yekun vurduq. Bu, sa¬¬dəcə jurnalın kiçik tarixinə bir yekun deyildi, həm də böyük fəlsəfə tarixinın ənənəvi yoluna bir yekun idi... İndi biz yaşadığımız yeni xarakterli, fərqli ab-havası olan bir sosial-siyasi və mənəvi-intellektual ab-havanın as¬ta-na¬sında da¬yanmışıq. Özümüzdən asılı olmadan daxil olduğumuz bu yeni dün¬ya yeni də dəyərləndirmə sistemi, yeni dünyagörüşü formalaşdırır. “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı da yeni həyata başlayır və daxil olduğumuz yeni dün¬ya¬nın ma¬hiyyətini açmaq missiyasını rəhbər tutur.
Elmin, texnologiyanın misli görünməmiş nailiyyətləri yaşadığımız dün¬¬¬-yanın getdikcə daha çox texnogenləşməsinə, əvvəllər sadəcə insan hə¬ya¬tına aid olan, insanın ölçülərindən biri olan intellektual həyatın müstəqil vir¬tual dünya halına düşməsinə səbəb olmuşdur. İnsan-dünya münasibətlərini əks etdirən elmi-fəlsəfi görüşlər daha yeni dövrün gerçəkliyinə uyğun gəl¬mə¬-diyindən, fəlsəfə də bir növ yenidən yazılmalı, “yeni insanın” həyat tərzi və baxışlarına uyğunlaşdırılmalıdır.
Bununla belə, ənənəvi fəlsəfənin XXI əsrə transformasiyası davam edir. Nəticədə fəlsəfədə yeni dalğalarla əvvəlki dalğaların toqquşması baş ve¬¬rir. Militarist, siyasi və ideoloji qarşıdurmalar getdikcə şiddətləndiyi bir şə¬-raitdə çoxlarının hələ də fərqində olmadığı daha böyük miqyaslı bir qar¬şı-durma formalaşır ki, kim yeni dövrün bu özəlliyini vaxtında nəzərə ala bilsə, gə¬ləcək də onundur.
Təəssüf ki, yaşlı nəsil virtual dünyadan və yeni texnologiyalardan, gənc nəsil isə fəlsəfədən yan keçməyə çalışır. Nəticədə dövrün bu iki nə¬həng prosesi ya görüşü bilmir, ya da bu görüş yeni tipli konfliktlərə səbəb olur. Halbuki, insanlığın invariantları, sabit, dəyişməz şərtləri, təməl prin¬sipləri yaxşı-yaxşı mənimsənilməsə, təməllər bir az da möhkəmləndirilməsə, hə¬ya¬tın hələ tarixin sınağından çıxmamış, sosial-siyasi təcrübədə yox¬lanmamış yeni üzü özünü göstərir, mənəvə-intellektual proseslər insan¬sızlsşır və insan hədəfi bəlli olmayan axınlara düşür.
İkinci bir yenilik jurnalın daha sadəcə Azərbaycan miqyasında qalmyıb, bü¬tün Türk dünyasının fəlsəfi oyanış ruporu olmaqdan ibarətdir. Ona görə də jur¬nalın əsas dili Azərbaycan türkcəsi ilə yanaşı, Türkiyə türkcəsi olacaqdır.
Üçüncüsü, bundan sonra jurnal sadəcə AFSEA-nın deyil, həm də UFAD-ın – Uluslararası Fəlsəfə Araşdırmaları Dərnəyinin elmi-fəlsəfi orqa¬nı kimi fəaliyyət göstərəcəkdir. Bu sayımızda da UFAD-ın yaranması və ilk addımları barədə məlumat verilmişdir.

 


                          M Ü N D Ə R İ C A T


REDAKSIYA ŞURASINDAN
Ön söz əvəzi: Dünya hara gedir, fəlsəfə hara?........................ 5

FƏLSƏFƏ TARİXİ VƏ MÜASİRLƏRİMİZ

Rabia SOYUCAK, Esin Nesrin CEBECİ – Kyerkeqorda ekzistensialist
etika............................................................ 7
Senail ÖZKAN, Könül BÜNYADZADƏ – Səlahəddin Xəlilovun
Fəlsəfi Düşüncələri.............................................. 26
Süleyman Hayri BOLAY – Müasir fəlsəfənin gənc qadın təmsilçisi –
Gönül Bünyatzade................................................. 51

SOSİAL FƏLSƏFƏ

Səlahəddin XƏLİLOV – Azərbaycan və Türkiyə türkcəsində “Kültür”, 
“Mədəniyyət” və “Sivilizasiya”.................................... 67
Ömer OSMANOĞLU – Andrey Tarkovskinin poetik güzgüsü............... 80

ELMİ-FƏLSƏFİ HƏYAT

Həyat bir körpüdür (elmi-fəlsəfi seminar).......................... 104
Beynəlxalq Fəlsəfə Araşdırmaları Dərnəyinin təsisi................ 106
"Fəlsəfədə varislik və nəsillərin görüşü” (dəyirmi masa)........  112
 Fəlsəfi Araşdırmalar Müsabiqəsinin ELANI......................... 113

RƏYLƏR VƏ MÜLAHIZƏLƏR

Tanzimat’tan Günümüze Türk Düşünürleri (Ed. S.H.Bolay)................. 115
S.Halilov - Aşkın Renkleri (S.Özkan)............................. 133
A.Bıçak – Felsefenin Kuruluşu (A.S.Gözcü)........................ 133

İÇINDEKILER..................................................... 144
TABLE OF CONTENTS................................................ 146


 

Endir Endir

Baxılıb: 1230


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.