Önsöz Jurnalımızın bu sayı ilk növbədə Aristotelin 2400 illik yubileyinə həsr olunur. Bu il bütün dünya bu böyük mütəfəkkiri hörmət və ehtiramla yad etdi, onun hərtərəfli yaradıcılığı, fundamental əsərləri zəmanəmizin baxış bucağından bir daha müzakirəobyektinə çevrildi. Ən böyük tədbir, təbii ki, Afinada keçirildi: – Ümumdünya Aristotel Konqresi. Jurnalımızın baş redaktoru da məruzəçilər sırasında idi. Mövzusu: “Aristotel: Alim, yoxsa filosof?!” Jurnalımızın bu sayında Türkiyədə Aristotel Cəmiyyəti Başkanı Prof. Dr.Hatice Nur Erkızan da giriş məqaləsi ilə çıxış edir. 2016-cı ildə onun təşəbbüsü və rəhbərliyi ilə Türkiyədə və Şimali Kiprdə bir sıra təntənəli mərasim, elmi konfrans və simpoziumlar keçirildi ki, jurnalımızda bu barədə də məlumatlar dərc ediləcəkdir. Aristotelə həsr olunmuş hər iki məqalədə məqsəd sadəcə bu böyük filosofun elmi-nəzəri irsini bir daha xatırlamaq olmayıb, onun Ortaçağ Türk- Islam fəlsəfəsinin və onun da sayəsində Yeni Dövr Qərb fəlsəfəsinin oluşmasında rolunu göstərmək, habelə bu antik irsin müasir fəlsəfi sisütemlərlə rəqabətdə yaşamaq əzmini təsdiqləməkdir. Bu sayımız habelə Türkiyə və Azərbaycan Fəlsəfə Cəmiyyətlərinin əməkdaşlığı şəraitində keçən bir sıra elmi-fəlsəfi tədbirlərin işıqlandırılmasına yer ayrılması və türk həmkarlarımızın geniş miqyasda təmsil olunması ilə səciyyələnir. Güman edirik ki, Prof. Dr. Hatice Nur Erkızanla yanaşı jurnalımızda digər tanınmış türk alimləri Prof.Dr. Rəhim Acar, Prof.Dr. Erdinç Yazıcı və digər nüfuzlu alimlərin və araşdırmaçıların əsərləri oxucuların böyük marağına səbəb olacaqdır. Biz bu əsərlərin çoxunu Türkiyə türkcəsində çap edir və Azəarbaycan türkcəsində sadəcə qısa xülasə veririk. Düşünürük ki, orijinalda oxumaq “məcburiyyəti” ortaq Türk fəlsəfi terminolojisini oluşdurmaq işinə də yardımçı olacaqdır. Bu məqsədlə gələcəkdə hər məqalənin sonuna müvafiq terminoloji lüğətin də əlavə edilməsini nəzərdə tuturuq. Jurnalın bir rubrikası da Türk Cümhuriyyətlərində nəşr olunan yeni fəlsəfi kitablar haqqında məlumat verilməsinə, onları ortaq meyarlar baxımından dəyərləndirilməsinə və gələcəkdə vahid indeksasiya, ortaq məlumat bazası yaratmaq üçün ilk addımların atılmasına xidmət edir. İÇİNDEKİLER Redaksiya şurasından.. 5 Arİstotel – 2400 Hatice Nur ERKIZAN – Aristoteldə Ousia və Energeia: Varlığın/Var Olanın ‘Var oluşu’ Haqqında (I) 7 Səlahəddin XƏLİLOV – Aristoteldə ruh-bədən təlimi və onun Şərq-İslam fəlsəfəsi üzərindən müasir Qərb düşüncəsinə transformasiyasi 30 Fəlsəfə tarixi Fulya BAYRAKTAR – Homo Viatorun İslam Mistisizmi İşığında Oxunması (in English) 43 Ali Sertan BEŞER – Leo Straussun Düşüncesində Tarixi və Fəlsəfi Problem Olarak Sokrat 55
Rabia DIRICAN, Levent BAYRAKTAR – Türk Düşüncəsi Dərgisində Fəlsəfi Cərəyanlar. 79 Epistemoloji A. Suat GÖZCÜ – Temporal Parçalar Metafizikası II: Temporal Keçiş Problemi 100 Din fəlsəfəsİ Rahim ACAR – Bəşəri Hüdudlar Daxilində Dini Müxtəlifliyin Şərhi 112 Müasir siyasət
Erdinç YAZICI – Türkiydə 15 iyul Çevriliş Cəhdini dayandıran güc: Yeni Orta Sinif 132 Elmi-fəlsəfi həyat 65-ci Fenomenologiya Konqresi // “Kultivasiya insan ekoloji formasiyasının və dayanıqlı məhsulunun paradiqması kimi”. 146 İlahi ve bəşəri eşq – Prof.Dr. Könül Bünyadzadənin konfransı 147 Türkiyədə Aristotel Simpoziumu keçirildi 148 Türk Dünyasının Təhsil Problemləri və Həll Yolları 148 Rəylər və mülahİzələr Fahri Türk, Balkanlarda Yaşayan Türk Azınlıkları ve Türkçeye Yönelik Dil Politikaları (A.Balcı) 151 ..
|