az  |   tr
Fəlsəfə dünyası

Elmi-fəlsəfi həyat


Görkəmli filosof Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur 03.05.2012   Görkəmli filosof Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur
Bakı, 2 may (AzərTAc). Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda (AMEA) AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur.
Səlahəddin Xəlilovun mənəviyyat fəlsəfəsi haqqında mühazirəsi 25.04.2012   Səlahəddin Xəlilovun mənəviyyat fəlsəfəsi haqqında mühazirəsi
Fəlsəfə üzrə növbəti mühazirəmizin mövzusu “Mənəviyyat fəlsəfəsi”dir. Sual oluna bilər: nəyə görə növbəti mövzumuz məhz mənəviyyat haqqındadır? Ötən mühazirəmizdə biz fəlsəfədən danışarkən əvvəlcə onun ərtafında xeyli fırlandıq, sonra da “Mən” mövzusunda dayandıq. İnsanın öz cismani varlığından ayrılması fəlsəfi düşüncənin başlanğıcıdır. Nə qədər ki, insan obyektiv dünyada baş verən hadisələrin axarında gedir, özünü onların bir hissəsi hesab edir, o qədər də onda fəlsəfi düşüncə yoxdur. Fəlsəfə insanın özünün təbiətdən ayırdığı məqamdan başlayır. Bu ayrılma nəticəsində insan öz “Mən”ini dərk edir. Bununla da dünya iki yerə ayrılır. Buna qədər dünya bütöv idi.
Səlahəddin Xəlilovun fəlsəfə haqqında mühazirəsi 21.04.2012   Səlahəddin Xəlilovun fəlsəfə haqqında mühazirəsi
Əziz dinləyicilər! Bu gün biz sizinlə fəlsəfə haqqında söhbət açacağıq. Fəlsəfə haqqında danışmaq fəlsəfədən kənarda dayanaraq danışmaq mənasını verir. Amma fəlsəfədən kənarda dayanaraq fəlsəfəni dərk etmək mümkün deyil. Fəlsəfənin dərk etmək üçün onun abu-havasına daxil olmaq və onu içəridən duymaq lazımdır. Bizim sizinlə birinci şərtimiz səmimiyyətdir. Aramızda səmimiyyət olmasa, mənim dediklərimi siz anlamasanız, öz etiraz və ya razılıq ifadələrinizi bəyan etməsəniz, anladığınızı gizlətməyə çalışsanız, bizim danışığımız alınmayacaq. Fəlsəfə elmlərdən biri deyil, riyaziyyatdan, fizikadan mühazirə deyil ki, sadəcə mən sizə müəyyən bilikləri verim və siz onları mənimsəyəsiniz, götürəsiniz. Fəlsəfə bizim birgə yaşantımızıdır. Fəlsəfə yaradıcılqdır, mənəvi-emosional yaşantıdır. Fəlsəfəni duymadan dərk etmək mümkün deyil.
Moskvada Azərbaycanın görkəmli alimi Səlahəddin Xəlilovun «Aforizmlər» kitabının təqdimatı keçirilmişdir 30.03.2012   Moskvada Azərbaycanın görkəmli alimi Səlahəddin Xəlilovun «Aforizmlər» kitabının təqdimatı keçirilmişdir
Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunun konfrans zalında Azərbaycanın görkəmli alimi, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilovun "Aforizmlər. Seçilmişlərdən seçilmişlər" adlı kitabının təqdimatı olmuşdur. Geniş oxucu dairəsi üçün nəzərdə tutulmuş nəşrə görkəmli şərq və qərb mütəfəkkirlərinin aforizmləri, o cümlədən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kəlamları daxil edilmişdir. Aforizmlərin yarısından çoxu Rusiya oxucusuna ilk dəfə təqdim edilir.
Səlahəddin Xəlilov "Şöhrət" ordeni ilə təltif edildi 21.02.2012   Səlahəddin Xəlilov "Şöhrət" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev S.S.Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Səlahəddin Sədrəddin oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilsin".
Professor Səlahəddin Xəlilov "Səhər sovqatı"nın qonağı oldu 18.02.2012   Professor Səlahəddin Xəlilov "Səhər sovqatı"nın qonağı oldu
12.02.2012-ci il tarixdə İctimai kanalın “Səhər sovqat”ı verlişinin qonağı fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov olmuşdur.
Səlahəddin Xəlilovu dünyaya tanıdan dərgi 15.02.2012   Səlahəddin Xəlilovu dünyaya tanıdan dərgi
Bu günlərdə qardaş Türkiyədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun ünvanına bir dərgi göndərilmişdir. Səlahəddin Xəlilovdan çox Azərbaycan ictimaiyyətinə ərməğan edilən bu özəl nömrəsinə görə “Özne” dərgisinin dəyərli əməkdaşlarına sonsuz təşəkkürümüzü izhar etməkdə çətinlik çəkirəm.
E L A N 14.02.2012   E L A N
Fevral ayının 18-də saat 15.00-da “Ucaldan və alçaldan qorxu” mövzusuna həsr olunmuş elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər! Fəlsəfi Diskursun qalibləri seminarda elan olunacaqlar!
“Ictimai halqalar" mövzusunda elmi-fəlsəfi seminar 22.01.2012   “Ictimai halqalar" mövzusunda elmi-fəlsəfi seminar
Yanvar ayının 14-də Fəlsəfə Dünyasında “Ictimai halqalar" mövzusunda elmi-fəlsəfi seminar oldu. Seminarda professor və müəllimlər, aspirant və tələbələr iştirak edirdilər.
E L A N 10.01.2012   E L A N
Yanvar ayının 14-də saat 15.00-da “İctimai halqalar” mövzusuna həsr olunmuş elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər! Fəlsəfi Diskursun qalibləri seminarda elan olunacaqlar!
"Arzu və əzm" elmi-fəlsəfi seminar 24.12.2011   "Arzu və əzm" elmi-fəlsəfi seminar
Arzunu iki yerə ayıran S.Xəlilov onu iki səpgidə – romantik səpgidə və ağıl səpgisində nəzərdən keçirdi. Birinciyə “ürəyim belə istəyir” ifadəsi uyğun gəlir. Burada sadəcə arzunun özünə feyziyab olursan, görmək istədiyin şeyi görmək səndə xoş əhval-ruhiyyə yaradır və özünü xoşbəxt hiss edirsən. Buna görə də bu, hissiyyat səviyyəsində arzudur. İkincisi ağıl səviyyəsində arzudur. Bu, rasional, realistik, praqmatik arzu olmaqla məqsədə doğru fəaliyyətin biçilmiş modelini kəsb edir. Şərq adamı daha çox arzunun mücərrəd, emosional təsiri altına düşür. Burada arzunun konturları müəyyənləşməmiş qalır.
E L A N 14.12.2011   E L A N
Dekabr ayının 17-də saat 16.00-da “Arzu və əzm” mövzusuna həsr olunmuş elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
“Вопросы философии” jurnalının baş redaktoru prof. B.İ.Prujinin "Fəlsəfə Dünyası"nda 03.12.2011   “Вопросы философии” jurnalının baş redaktoru prof. B.İ.Prujinin "Fəlsəfə Dünyası"nda
26 noyabr 2011-ci il tarixdə “Вопросы философии” jurnalının baş redaktoru prof. Boris İsayevic Prujinin “Fəlsəfə dünyası”nın qonağı oldu. AFSEA-nın “Fəlsəfə” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, prof. Səlahəddin Xəlilov Assosiasiyanın və jurnalın fəaliyyəti barədə məlumat verdi və “Вопросы философии” ilə daha sıx əməkdaşlığın zəruriliyini vurğuladı.
“Fəlsəfə günü”-nə həsr olunmuş elmi-fəlsəfi seminar 25.11.2011   “Fəlsəfə günü”-nə həsr olunmuş elmi-fəlsəfi seminar
Bizim də üstünlüklərimiz var. Qərbdə olmayan nə var bizdə? Şərq insanları ruhunu saxlayır, haqqını-ədalətini saxlayır. Onlar həm də ürəklə işləyirlər. Biz ürəklə başın sintezini yaratmalıyıq. Amma Qərb bizim ən böyük sərvətimiz olan ürəyimizi əlimizdən alırlar. Budur həmin o vampirlik siyasəti. Və biz bu üstünlüyümüzlə keçməliyik qabağa, onları ötməliyik. Əks təqdirdə biz ancaq Qərbin dalınca gedəcəyik. Deməli, biz maarifçilikdən başlamalıyıq.
Fəlsəfi Diskursa yekun vuruldu! 18.11.2011   Fəlsəfi Diskursa yekun vuruldu!
Fəlsəfi Diskursun bütün iştirakçıları və maraqlananlar seminara dəvət olunurlar. Diskursun qalibləri seminarda elan ediləcəklər.
İctimai tərəqqidə maarifçilik məqamı 17.11.2011   İctimai tərəqqidə maarifçilik məqamı
Oktyabr ayının 29-da Fəlsəfə Dünyasında “İctimai tərəqqidə maarifçilik məqamı” mövzusunda elmi-fəlsəfi keçirildi. Tanınmış alimlərin, aspirant və tələbələrin iştirak etdiyi seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O, qeyd etdi ki, maarifçilik dövrü tarixdə çox böyük bir iz buraxmışdır. Maarifçiliyin başlıca məqsədi ayrı-ayrı fərdləri deyil, cəmiyyətin ümumi inkişaf səviyyəsini yüksəltmək olmuşdur.
E L A N 15.11.2011   E L A N
Noyabr ayının 19-da saat 15.00-da Fəlsəfə gününə həsr olunmuş elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
17 Noyabr - Beynəlxalq Fəlsəfə Günü 15.11.2011   17 Noyabr - Beynəlxalq Fəlsəfə Günü
Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini fəlsəfəyə cəlb etməkdir. Yəni ilin bu günündə filosof olmayanlar da fəlsəfəni yad edir, ya filosofları təbrik etmək haqqında düşünür, ya da öz şəxsi həyatına, düşüncələrinə bir az ucadan baxaraq özlərini dərk etməyə, haradan gəlib haraya getdiklərini aydınlaşdırmağa, öz həyatlarının mənasını anlamağa çalışırlar.
Beynəlxalq Konfrans: “Postmodernizm sonrası İslam Düşüncəsi” 01.11.2011   Beynəlxalq Konfrans: “Postmodernizm sonrası İslam Düşüncəsi”
18-20 Oktyabr tarixində Malayziyanın paytaxtı Kuala Lumpurda Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutu (The International Institute of Islamic Thought and Civilization (ISTAC)) və Beynəlxalq İslam Universiteti “Postmodernizm sonrası İslam Düşüncəsi” mövzusunda Beynəlxalq Konfrans keçirtdi. Konfransın əsas ideya xətti postmodernizm və İslam düşüncəsinə yenidən baxış, postmodernizmin mahiyyətinin və əsas elementlərinin, ideyalarının, İslam düşüncəsi ilə parallel və zidd sahələrinin təyini və təhlili idi.
Istanbulda Beynəlxalq Simpozium: Üç Dəniz Hövzəsi Ölkələri Müştərək İdarəetmə Mədəniyyəti və Yenidən Formalaşma Problemləri 31.10.2011   Istanbulda Beynəlxalq Simpozium: Üç Dəniz Hövzəsi Ölkələri Müştərək İdarəetmə Mədəniyyəti və Yenidən Formalaşma Problemləri
13-16 Oktyabr tarixində Türkiyənin İstanbul şəhərində Dövlət Araşdırmalar Fondu İstanbul Aydın Universiteti ilə birgə Üç Dəniz Hövzəsi Ölkələri Müştərək İdarəetmə Mədəniyyəti və Yenidən Formalaşma Problemləri mövzusunda beynəlxalq elmi simpozium keçirtdi. 4 gün davam edən 42 seksiyadan ibarət olan simpoziumda Balkanlar, Orta Asiya və Qafqazda Bölgənin Dinamikası və Sovet Sonrası Proseslər, Yaxın Şərq və Şimali Afrika adlı 3 plenar iclas keçirilmişdir.
  <<   1, [2], 3, 4, 5, 6   >>

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.