az  |   tr
Fəlsəfə dünyası

Elmi-fəlsəfi həyat


E L A N 17.04.2011   E L A N
Aprel ayının 23-də saat 15.00-da Fəlsəfə Dünyasında “Qadınsız və kişisiz fəlsəfə” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
Fəlsəfə Dünyasında tanınmış filosoflar “Elmiliyin meyarları”nı müzakirə etdilər. 15.04.2011   Fəlsəfə Dünyasında tanınmış filosoflar “Elmiliyin meyarları”nı müzakirə etdilər.
Aprel ayının 9-da Fəlsəfə Dünyasında “Elmiliyin meyarı” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Seminarda Azərbaycan filosof və alimləri ilə yanaşı xarici ölkələrin tanınmış filosofları – Türkiyənin Vatikandakı səfiri Prof. Dr. Kənan Gürsoy, Rusiyanın Fəlsəfə Cəmiyətinin I vitse-prezidenti, “Vek qlobalizasii” jurnalının baş redaktoru Prof. Dr. Aleksandr Çumakov, Kazaxstan Fəlsəfə İnstitutunun direktoru, “Adam aləmi” jurnalının baş redaktoru akademik, Prof. Dr. Abdumalik Nısanbayev, Avstriya İnnsbruq Universitetinin Siyasi fəlsəfə kafedrasının müdiri, Prof. Dr. Hans Köxler də iştirak edirdilər.
“Tarix elmdirmi? Bəs ədəbiyyat? Bəs riyaziyyat? Bəs fəlsəfə? 02.04.2011   “Tarix elmdirmi? Bəs ədəbiyyat? Bəs riyaziyyat? Bəs fəlsəfə?
Fəlsəfi Diskursda “Tarix elmdirmi? Bəs ədəbiyyat? Bəs riyaziyyat? Bəs fəlsəfə? sualları üzərində düşünüldü. Suala 35 iştirakçı cavab vermiş və 21 bəyənilən cavab saytda yerləşdirilmişdir. Bunlardan 7 ən yaxşı cavabın müəllifi mükafata layiq görülmüşdür. Bizi tam qane edən cavab almadığımıza görə, yalnız ikinci və üçüncü yerləri tutan iştirakçılar müəyyən edildi: ikinci yerə – 3 nəfər və üçüncü yerə – 4 nəfər:
E L A N 02.04.2011   E L A N
Aprel ayının 9-da saat 15.00-da Fəlsəfə Dünyasında “Elmiliyin meyarları” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
"İnsanın özünə qayıdışı" mövzusunda elmi-fəlsəfi seminar keçirildi. 23.03.2011   "İnsanın özünə qayıdışı" mövzusunda elmi-fəlsəfi seminar keçirildi.
Mart ayının 19-da Fəlsəfə Dünyasında “İnsanın özünə qayıdışı” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Fərman İsmayılov, Prof. Dr. Cahangir Məmmədli, Prof. Dr. Aydın Şirinov, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər. “Heraklit "təbiətə uyğunlaşmaq", sufilər "mənəvi kamillik", Marks "cəmiyyəti dəyişmək" prinsiplərini irəli sürmüşdülər. Bəs müasir dövrün prinsipi necə olmalıdır?” Seminarı giriş sözü ilə açan Prof. Dr. Səlahəddin Xəlilov qeyd etdi ki, bugünkü seminarın mövzusu – “İnsanın özünə qayıdışı” bu sual əsasında formalaşmışdır.
Müasir dövrün prinsipi necə olmalıdır? 17.03.2011   Müasir dövrün prinsipi necə olmalıdır?
“Heraklit "təbiətə uyğunlaşmaq", sufilər "mənəvi kamillik", Marks "cəmiyyəti dəyişmək" prinsiplərini irəli sürmüşdülər. Bəs müasir dövrün prinsipi necə olmalıdır?” sualı ətrafında müsabiqəyə yekun vuruldu. Tam qənaətləndirici cavab olmasa da, Fəlsəfi Diskursun aşağıdakı iştirakçılarının cavabları nisbətən qənaətbəxş hesab edildi.
E L A N 16.03.2011   E L A N
Mart ayının 19-da saat 15.00-da Fəlsəfə Dünyasında “İnsanın özünə qayıdışı” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
"Analecta Husserliana", Springer, 2011 16.03.2011   "Analecta Husserliana", Springer, 2011
Ümumdünya Fenomenologiya İnstitutunun nəşr etdiyi "Analecta Husserliana" toplusunun 108-ci sayı işıq üzü görmüşdür. Kitabın iki paraqrafı həmvətənlərimiz tərəfindən yazılmışdır.
TEDxBakı-da "Ən yeni İslam fəlsəfəsi" 12.03.2011   TEDxBakı-da "Ən yeni İslam fəlsəfəsi"
Mart ayının 5-də fəlsəfə elmləri doktoru Könül Bünyadzadə TEDxBakı Women-də “Ən yeni İslam fəlsəfəsi” mövzusunda çıxış etdi. Bu tədbir TEDWomen qlobal konfransının davamı olaraq Azərbaycan qadınının dünya ilə paylaşa biləcək fikirlərini beynəlxalq dəyərlər sırasına daxil etmək məqsədi ilə ART Garden-da keçirildi.
Amerikalı professorla görüş 06.03.2011   Amerikalı professorla görüş
Mart ayının 6-da ABŞ-ın Filadelfiya ştatında yerləşən Templ Universitetinin professoru, Dinlərarası, Mədəniyyətlərarası, Millətlərarası Dialoq Institutunun təsisçi-direktoru, Journal of Ecumenical Studies – jurnalının həmtəsisçisi və redaktoru Leonard Svidler Şərq-Qərb Tədqiqat Mərkəzinin qonağı oldu.
“Fəlsəfədə subyektivlik və obyektivlik” mövzusunda elmi-fəlsəfi seminar keçirildi 05.03.2011   “Fəlsəfədə subyektivlik və obyektivlik” mövzusunda elmi-fəlsəfi seminar keçirildi
Mart ayının 5-də Fəlsəfə Dünyasında “Fəlsəfədə subyektivlik və obyektivlik” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Cahangir Məmmədli, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dos. Dr. Qəmər Mürşüdlü, Dr. Sevda Sadıqova, Dr. Mətanət Abdullayeva, aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.
E L A N 01.03.2011   E L A N
Mart ayının 5-də saat 15.00-da Fəlsəfə Dünyasında “Fəlsəfə: obyektivlik və subyektivlik” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
Fəlsəfi Diskursun daha bir müsabiqəsinə yekun vuruldu! 01.03.2011   Fəlsəfi Diskursun daha bir müsabiqəsinə yekun vuruldu!
“Subyektivlik” anlayışı iki mənada işlənir: əxlaqi-aksioloji və elmi-qnoseoloji müstəvilərdə; eynilə “yalan” və “yanılma” mənalarının nisbəti kimi. Dəyərlər müstəvisində subyektivlik şəxsi maraqların məqsədyönlü surətdə nəzərə alınmasıdır; yəni pis hadisə hesab olunur. Məsələn, imtahan götürən müəllim tələbənin cavabını qiymətləndirərkən subyektivliyə yol verir, yəni cavabın məzmunundan deyil, tələbəyə münasibətindən və ya hətta hansı isə başqa amillərdən çıxış edir. Bu səbəbdən də subyektivlik adi şüurda mənfi planda dəyərləndirilir. Fəlsəfədə məhz bu mənada subyektivlik ehkamçılıqda, dini və ideoloji təlimlərdə, məsələn, marksizmdə özünü büruzə verir və pis hal kimi dəyərləndirilir.
"Mənliyin hüdudları və azadlıq" mövzusunda fəlsəfi-elmi seminar 21.02.2011   "Mənliyin hüdudları və azadlıq" mövzusunda fəlsəfi-elmi seminar
Fevral ayının 19-da Fəlsəfə Dünyasında “Mənliyin hüdudları və azadlıq” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Rəbiyyət Aslanova, Prof. Hamlet İsaxanlı, Prof. Dr. Fərman İsmayılov, Prof. Aydın Şirinov, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dos. Dr. Qəmər Mürşüdlü, Dr. Mehriban Qasımova, Dos. Dr. Nuridə Novruzova, Dr. Sevda Sadıqova, Dr. Mətanət Abdullayeva, Türkiyə və İrandan gəlmiş qonaqlar, aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.
"Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyinizin parçaları deyilmi?" 16.02.2011   "Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyinizin parçaları deyilmi?"
Bu dəfə Fəlsəfi Diskursda Cübran Xəlil Cübranın "Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyinizin parçaları deyilmi?" sualı ətrafında müzakirə açıldı. Mürəkkəb və təzadlı suala verilən cavablardan daha çox bəyənilən 22-si saytda yerləşdirildi. Bunlardan 6 ən yaxşı cavabın müəllifi mükafata layiq görüldü.
E L A N 16.02.2011   E L A N
Fevral ayının 19-da saat 15.00-da Fəlsəfə Dünyasında “Mənliyin hüdudları və azadlıq” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
“Fərd və toplum” mövzusunda elmi-fəlsəfi seminar 07.02.2011   “Fərd və toplum” mövzusunda elmi-fəlsəfi seminar
Fevral ayının 5-də Fəlsəfə Dünyasında “Fərd və toplum” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Rəbiyyət Aslanova, Prof. Dr. Fərman İsmayılov, Prof. Dr. Cahangir Məmmədli, Prof. Aydın Şirinov, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dr. Eltac Yüzbaşov, TEDx-ın Bakı təmçilçiləri, Türkiyə və İrandan gəlmiş qonaqlar, aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.
"Damla öz damcı həyatını yaşasa yaxşıdı, yoxsa dəryaya qatılıb itsə yaxşıdı?! 01.02.2011   "Damla öz damcı həyatını yaşasa yaxşıdı, yoxsa dəryaya qatılıb itsə yaxşıdı?!
Fəlsəfi Diskursda bu dəfə Mövlana dəryasının bir damlası üzərində düşünüldü: “Damla öz damcı həyatını yaşasa yaxşıdı, yoxsa dəryaya qatılıb itsə yaxşıdı?” Suala 26 iştirakçı cavab vermiş və 22 bəyənilən cavab saytda yerləşdirilmişdir. Bunlardan 5 ən yaxşı cavabın müəllifi mükafata layiq görülmüşdür.
E L A N 01.02.2011   E L A N
Fevral ayının 5-də saat 15.00-da Fəlsəfə Dünyasında “Fərd və toplum” mövzusunda seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
"Eşq ağıl və ehtiras kontekstində" elmi seminar keçirildi 22.01.2011   "Eşq ağıl və ehtiras kontekstində" elmi seminar keçirildi
Yanvar ayının 22-də Fəlsəfə Dünyasında “Eşq ağıl və ehtiras kontekstində” mövzusunda elmi seminar keçirildi. Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Şahlar Əsgərov, Prof. Dr. Fərman İsmayılov, rəssam-şair Məmməd Dəmirçioğlu, Dos. Dr. Rüstəm Kamal, Dos. Dr. Nuridə Novruzova, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dr. Mətanət Abdullayeva, Dr. Eltac Yüzbaşov, Dr. Bəhram Həsənov, Türkiyə və İrandan gəlmiş qonaqlar, aspirant və magistrlər iştirak edirdilər.
  <<   1, 2, 3, [4], 5, 6   >>

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.