az  |   tr
Fəlsəfə dünyası

Məqalələr


18.03.2010   Baxış bucağına baxış
Həyat kənardan baxandamı daha gözəl görünür, yoxsa içərisində itib-batandamı? Nabələd bir həyatmı, yoxsa bəlli bir həyatmı daha gözəldir? Hər bir addım planlı surətdə atılandamı, yoxsa sürprizlərlə dolu olandamı həyat daha maraqlı olur? Bir var, həyatda başını aşağı salıb yaşayanlar, “palaza bürünüb elnən sürünənlər”. Bir də var, özü də kortəbii bir həyat yaşamasına rəğmən, yaşayanlara baxıb, həyatın gözəlliyini seyr edənlər, xəyal dünyasında səadət tapanlar.
13.03.2010   TV-də stereotip və axtarışlar
Bir neçə il əvvəl ictimai kanalda işıq üzü görən “Ovqat” televiziya proqramı belə bir yanlış təsəvvürü dağıtmağa müvəffəq oldu ki, guya tamaşaçılar ziyalıların deyil, şoumenlərin, komediantların, dedi-qoduçuların söhbətlərinə daha böyük həvəs göstərirlərmiş. Hətta əgər belədirsə, bu acınacaqlı vəziyyət neçə illər ərzində aparılan qüsurlu efir siyasətinin nəticəsidir. Amma istənilən halda “Ovqat” ciddi ziyalı söhbətinə, ölkəmizin tanınmış alim, şair və sənətkarlarının həyata baxışı, yaradıcılığı ilə tanış olmağa tamaşaçıların böyük ehtiyacı olduğunu üzə çıxartdı. Günlərin bir günündə «Ovqat» ikiləşdi.
11.03.2010   Sivilizasiyanın monoloqu
Müasir elmi-fəlsəfi ədəbiyyatda söhbət ancaq ya sivilizasiyaların qarşıdurmasından, ya da onların dialoqundan gedir. Halbuki, mədəniyyətlər fərqli olduğu halda, bütün bəşəriyyət üçün ancaq bir sivilizasiya vardır və o, bütün xalqların birgə səyləri ilə yaradılmışdır. Bu mənada onun ancaq monoloqundan danışmaq mümkündür. Bu vahid ümumbəşəri prosesin sükanının kimin əlində olması isə başqa bir məsələdir. İndiki dövrdə planetimizin siyasi xəritəsi formalaşdığı kimi iqtisadiyyatın və maddi-texniki mədəniyyətin paylanması da xeyli dərəcədə qərarlaşmış, nisbi stabil bir mənzərə yaranmışdır. Düzdür, miqrasiya prosesləri sürətlənmiş, qloballaşmanın təsiri ilə iqtisadi və mədəni sahələrdə sərhədlərin rolu azalmış, planetdə yeni meyarlar əsasında maddi və mənəvi dəyərlərin sanki yenidən paylanması prosesi başlanmışdır.
04.03.2010   Zərdüştün şikayəti
Mübarək gecələrin birində böyük Zərdüştün ruhu röyamda müsafirim oldu. Özü də tək deyildi, əshabələri ilə birlikdə. Bir tərəfində Əflatun öz nurlu siması ilə və nuru təbliğ edən yeniəflatunçularla birlikdə. Digər tərəfdə isə gah Mefistofel, gah da Nitsşe qiyafəsində görünən nahamvar bir kölgə. Hərdən də mənə elə gəlirdi ki, bu kölgə elə mənim (bizim) öz kölgəm(iz)dir: üzərimizə düşən nurun dərəcəsi artdıqca, kölgəmiz də böyüyürdü. Və biz nuru qoyub kölgəmizlə uğraşırdıq.
02.03.2010   Şekspirdən Hamletə
İnsanın cismani ömrü sonlu, fəaliyyət dairəsi məhdud olduğundan əbədiyyəti haqq edən böyük insanlar bu hüdudları keçməyə can atırlar. Əlbəttə, ruhu azad olanlar zatən əbədiyyətin bir parçasıdırlar. Amma bəzən insan cismani dünyada da mütləq ruhun təcəllilərini görür, təbiət özü ruhani gözəlliyin təmsilçisi, sonsuzluğun əyani təzahürü kimi çıxış edir.
19.02.2010   Tarixin səhvi: islam və xristianlıq sivilizasiya kontekstində
Şərq və Qərb sivilizasiyalarının münasibəti və nisbəti məsələlərini diqqətlə öyrəndikdə, dinlərin və sivilizasiyaların əlaqəsinə elmi-tənqidi nəzər saldıqda, aydın olur ki, bir tərəfdən islam və xristianlığın, digər tərəfdən Şərq və Qərb sivilizasiyalarının yeri sanki dəyişik düşmüşdür.
23.09.2009   Ülvi gəncliyin fəlsəfəsi
Tarixdə bir sıra şəxsiyyətlər olub ki, öz gənclikləri ilə bizim dediklərimizə ən kamil nümunə ola bilərlər. Bütün ömrü gənc dövrü ilə tamamlanan, 37 il yaşamış Şi­ha­bəd­din Sührəvərdi və Aleksandr Puşkin, 36 yaşlı Corc Qordon Bay­ron və Cəfər Cabbarlı, 32 yaşlı Eynəlqüzat Mi­ya­nə­ci və Şelli, 30 yaşlı Sergey Yesenin və Mikayıl Müş­fiq, 26 yaşlı Mi­xa­il Ler­mon­tov və Nikolay Dobrolyubov, 20 yaşlı Evarist Qalua və Ülvi Bün­yadzadə. Bəlkə də kənardan baxana bu talelər qırıq görünür, əs­lin­də isə, onlar deyəcəkləri sözü söyləyə biliblər. Bu, hər ada­­ma, hətta uzun illər yaşayanlara belə qismət olan bir xoş­b­əxt­lik deyil. Yox, bunlar nakam tale, qırıq ömür deyillər. Onların fiziki həyatı qeyri-təbii şəkildə sü­quta uğrasa da, ruhlarının bəşəriyyətə çatdırdıqları da­ha möhtəşəmdir və onu unudub, arxa plana keçirib yalnız fa­ciəli bir ölümü, na­kam gənc ömrü ön plana çıxartmaq hə­min gənclərin öz­lə­ri­nə deyil, onların dedikləri sözə qar­şı ədalətsizlikdir.
  <<   1, 2, [3]

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.