Rasionallıq və qeyri-rasionallıq – [24.06.2010]
Ə.B.Məmmədov, V.İ.İsmayılov, F.Ə.Məmmədov. Rasionallıq və qeyri-rasionallıq Bakı, “Elm”, 2010, 880 səh.
Monoqrafiya fəlsəfənin fundamental problemlərindən olub nəzəri idrakda mühüm evristik və metodoloji əhəmiyyət kəsb edən rasionallıq və qeyri-rasionallıq anlayışlarının qarşılıqlı əlaqəsinin sistemli təhlilinə həsr olunmuşdur. İşdə izlənən məqsədin reallaşdırılması naminə hər iki problemin məntiqi-qnoseoloji təhlili və metodoloji əsasları elmi təhlilə gətirilir. Monoqrafik tədqiqat üçün belə bir problemə müraciət edilməsi heç də təsadüfi deyil, belə ki, araşdırılan problem yaxın keçmişdə görkəmli rus filosofu Stepinin elmi axtarışlarında aydın şəkildə qoyulsada, onların mahiyyəti hələ də təfərruatı ilə açıqlanmamışdır. Məsələnin bu cəhətini nəzərə alan müəlliflər monoqrafiyada rasional, qeyri-rasional və irrasional anlayışlarının təhlilini verdikdən sonra tədqiqatı rasionallığın tarixi tipləri, insan psixikasının, rasional və qeyri-rasionl idrakın metodologiyası üzərinə yönəldərək təbii-elmi idrakın metodoloji-requlyativ prinsiplərinin, o cümlədən, uyğunluq prinsipinin, simmetriya və asimmetriya prinsiplərinin intensiv və ekstensiv təhlilini verirlər. Monoqrafiyda rasionallığın yeni forması kimi sinerqetik biliyin elmi tədqiqat müstəvisinə gətirilməsi də tədqiq olunan problemin mahiyyətinin açılmasına xidmət edir.
|
Baxılıb: 11115
|
|
|
Fəlsəfi Diskurs
|
|
Hörmətli iştirakçılarımız!
Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır. Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!
|
Cavabla
|
|
|
Elmi konfranslar və faydalı linklər
|
|
JURNAL |
|
Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
|
Ətraflı
|
|
KİTAB |
|
Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstində araşdırılır.
|
Ətraflı
|
|
|
Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
|
Ətraflı
|
|
Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
|
Ətraflı
|
"swfobject.js"
|
| |