az  |   tr
Fəlsəfə dünyası

«FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR» – 2009, № 4 (28)   –  [10.02.2010]

«FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR» – 2009, № 4 (28)

 AFSEA tərəfindən nəşr olunan «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalının 2009-cu ildə dördüncü nömrəsi çapdan çıxmışdır.

Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyev jurnala yazdığı ön sözdə bildirir ki, istənilən nəzəri elm sahəsi öz tətbiqi ilə dəyər kəsb edir. Uzun müddət fəlsəfəni praktikadan uzaq, ifrat mücərrəd və metaelmi bir sahə kimi başa düşənlər ictimai hadisələrin gedişinə daha böyük tarixi zaman intervalında baxsalar, fəlsəfi təlimlərin də gec-tez praktik nəticələrə gətirdiyinə əmin ola bilərlər. Həm də bu nəticələr bütövlükdə dövrün ab-havasını müəyyən edir, tarixin gedişatına, strateji inkişaf istiqamətlərinə təsir göstərir. 

Azərbaycanda təkcə Şərq və Qərb sivilizasiyaları qovuşmur. İndi Azərbaycan həm də sosialist və kapitalist düşüncələrinin görüşdüyü bir arena, siyasi-ideoloji bir səhnədir. Biz uzun müddət sosializm cəmiyyətində yaşamış, kommunizm idealını tərənnüm etmişik. İndi isə yeni iqtisadi münasibətlərə keçməklə, kapitalizmin bir sıra dəyərlərini mənimsəyirik. Lakin söhbət heç də bir ideologiyanın və dəyərlər sisteminin bütövlükdə və tamamilə ləğv edilərək, yerinə başqa hazır sistemin transfer edilməsindən getməməlidir. Bəli, marksizm fəlsəfəsi qüsurlu təlim idi. Lakin onu sadəcə olaraq hər hansı bir müasir Qərb fəlsəfi təlimi ilə əvəz etmək də eyni dərəcədə yanlış mövqedir. 

Böyük türk mütəfəkkiri Oqtay Sinanoğlunun 75 illik yubileyinə həsr edilmiş bölmədə alimin yaradıcılığı haqqında «“Beyin köçü”: gedib qalanlar və qayıtmaq üçün gedənlər” adlı qısa fəlsəfi şərh və onun  özünün “Elm, elm siyasəti və universitetlər” adlı çıxışının tərcüməsi təqdim edilir.

Bundan əlavə jurnalda siyasi elmlər, fəlsəfə tarixi və milli-mənəvi dəyərlər rubrikaları da yer almışdır. Burada prof. Səlahəddin Xəlilovun “İbn Ərəbi və Şəbüstəri”, Qazaxstanlı tədqiqatçı fəl.e.n. Nailə Х. Jolməhəmmədovanın “Orta əsr ərəb-müsəlman mədəniyyətində estetika” (rus dilində), fəl.e.d. Könül Bünyadzadənin “Şərq və Qərb: tarix və müasirlik”, Nərmin Fərəcullayevanın “Fəlsəfədə antifundamentalizm haqqında”, İbrahim Allahverdiyevin “Əbdürrəhman Caminin kamil insan” adlı məqalələri yer almışdır.

Jurnal görkəmli filosofların əsərlərindən tərcümələrin çapını davam etdirir. Bu sayda XIV əsrin görkəmli sufi mütəfəkkiri Əbdülkərim Cilinin “Kamil İnsan” əsərindən bir parça,  Məhəmməd İqbalın “İslam düşüncəsində hərəkət prinsipi” adlı məqaləsi və Hilmi Ziya Ülkənin “Fenomen inancı və ideal inancı” adlı məqalələri Azərbaycan dilində ilk dəfə olaraq işıq üzü görür.

Ənənəvi olaraq jurnalın bu sayında da AFSEA-nın həyata keçirdiyi və ya qatıldığı elmi-fəlsəfi tədbirlər, eyni zamanda Azərbaycan filosoflarının xarici ölkələrdə keçirilən bir sıra konfranslarda iştirakı haqqında məlumat dərc olunmuşdur.

AFSEA-nın Redaksiyanın ünvanı:

                        Bakı AZ1014, Bülbül prospekti, 33

                       Tel.:    (994-12) 498-17-45

                       Faks: (994-12) 598-13-01
                       E-mail:  [email protected]

Endir Endir

Baxılıb: 8880


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.