Təsəvvüf fəlsəfəsinin ilk mənbələri. Sərrac Tusinin «əl-Lümə‘» əsəri – [30.01.2009]
Müəllif: Könül Bünyadzadə
Bünyadzadə KönÜl Yusif qızı Təsəvvüf fəlsəfəsinin ilk mənbələri. Sərrac Tusinin «əl-Lümə‘» əsəri.
«Bakı, «Qamma servis», 2003, 232 səh.
Kitabda görkəmli sufi mütəfəkkiri Əbu Nəsr Sərrac Tusinin «əl-Lümə‘» əsərində təsəvvüfün fəlsəfi aspektləri araşdırılmaqla bərabər, VIII-X əsrin görkəmli sufi mütəfəkkirlərinin itib-batmış və ya hazırda mövcud olan, lakin elmi ədəbiyyatımızda məlum olmayan əsərləri barədə qısa məlumatlar verilmiş, yaxud həmin əsərlərin adları aşkarlanmışdır. Elmə az məlum olan VIII-X əsrin zəngin sufi irsini tədqiq edən araşdırmanın elmi nəticələri fəlsəfə tarixinin əhəmiyyətli problemi olan təsəvvüfün gələcək geniş tədqiqi və xüsusən, Azərbaycanın görkəmli sufi mütəfəkkirlərinin dünyagörüşünə yeni baxışın yaranmasına təkan verə bilər. Tədqiqat işi «əl-Lümə‘» əsərinin məğzini təşkil edən sufi fikir və mülahizələrin fəlsəfi şərhini verməklə onları müasir elmə daxil etmişdir. Əsər təsəvvüfün tarixi və fəlsəfəsi ilə məşğul olan tədqiqatçılar tərəfindən Şərq mədəniyyətinin tədris və təbliği üçün istifadə edilə bilər.
ÓK.Y.Bünyadzadə
|
Baxılıb: 5639
|
|
|
Fəlsəfi Diskurs
|
|
Hörmətli iştirakçılarımız!
Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır. Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!
|
Cavabla
|
|
|
Elmi konfranslar və faydalı linklər
|
|
JURNAL |
|
Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
|
Ətraflı
|
|
KİTAB |
|
Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstində araşdırılır.
|
Ətraflı
|
|
|
Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
|
Ətraflı
|
|
Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
|
Ətraflı
|
"swfobject.js"
|
| |