“Universitet və Elm” mövzusunda keçirilən simpozium – [02.03.2010]
S.Xəlilov Türkiyədə “Universitet və Elm” mövzusunda keçirilən simpoziumda xüsusi məruzə ilə çıxış etmişdir
23-24 favral 2010 tarixləri arasında Türkiyənin Ankara şəhərində Türkiyə Elmlər Akademiyası və TOBB (Türkiyə Odalar və Borsalar Birliği) Universitetinin birgə təşkil etdikləri “Üniversitet və Elm” mövzusunda iki günlük simpoziyum keçirilmişdir. Simpoziyumun işində Türkiyənin Yüksək Öğretim Kurulu (YÖK) başkanı, nüfuzlu universitet rektorları və Türkiyənin tanınmış elm xadimləri və ziyalıları iştirak etmişdir. Simpoziyumun açılış mərasimində çıxış edən Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Şükrü Koç və TOBB üniversitetinin rektoru Türkiyənin ali təhsil sistemi və elmi tədqiqatları istiqamətində qarşıda duran problemlərə toxunaraq, bu simpoziyumun bu problemlərin aradan qaldırılması üçün təkliflər olcağını ümid etdiklərini vurqulamışlar. Daha sonra Türkiyənin Yüksək Öğretim Kurulu (YÖK) başkanı, professor Yusif Ziya Özcan Türkiyənin ali təhsil sistemininin mövcud vəziyyətini və aparılan islahatların mahiyyətini ehtiva edən geniş məruzə ilə çıxış etdi. Daha sonra simpoziyum öz işini seksiyalarla davam etdi. Seksiyalarda çıxış edən məruzəçilər arasında İlhan Tekeli, Alev Alatlı, Vedat Bilgin, Turan ve Erdinc Yazıcının məruzələri xüsusi maraqla qarşılandı. Simpoziyumun ikinci günü AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov xüsusi məruzə ilə çıxış etdi. Məruzənin ilk hissəsində sovet elm ənənəsindən və burda mövcud olan akademiya sistemindən danışan Xəlilov, bu sistemdə elm adamalarının əhatə olunduğu yaradıcılıq mühiti haqqında dinləyicilərə ətraflı məlumat verdi. Bu sistemin faydalı tərəflərindən bugün də istifadə edilməsinin zərurətini qeyd etdi. Məruzəçi çıxışının böyük hissəsində fəlsəfə elminin problemləri üzərində durdu. Xüsusilə türk dünyası mədəni inteqrasiya prosesində filosofların üzərinə düşən vəzifələr haqqında danışdı. Daha sonra məruzəçi audutoriyanın çoxsaylı suallarına cavab verdi. Tədbirin sonunda söz alan Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Şükrü Koç S.Xəlilova bu məzmunlu və maraqlı mərüzə üçün təşəkkür etdi və konfransda iştirak etdiyi üçün ona Türkiyə Elmlər Akademiyasının xüsusi diplomunu təqdim etdi.
|
Baxılıb: 5208
Çap et
Dostuna göndər
|
|
|
|
Fəlsəfi Diskurs
|
|
Hörmətli iştirakçılarımız!
Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır. Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!
|
Cavabla
|
|
|
Elmi konfranslar və faydalı linklər
|
|
JURNAL |
|
Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
|
Ətraflı
|
|
KİTAB |
|
Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstində araşdırılır.
|
Ətraflı
|
|
|
Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
|
Ətraflı
|
|
Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
|
Ətraflı
|
"swfobject.js"
|
| |