Önsöz
Jurnalımızın bu sayı ilk növbədə Aristotelin 2400 illik yubileyinə həsr
olunur. Bu il bütün dünya bu böyük mütəfəkkiri hörmət və ehtiramla yad etdi,
onun hərtərəfli yaradıcılığı, fundamental əsərləri zəmanəmizin baxış bucağından
bir daha müzakirəobyektinə çevrildi. Ən böyük tədbir, təbii ki, Afinada
keçirildi:
– Ümumdünya Aristotel Konqresi.
Jurnalımızın baş redaktoru da məruzəçilər sırasında idi. Mövzusu:
“Aristotel: Alim, yoxsa filosof?!”
Jurnalımızın bu sayında Türkiyədə Aristotel Cəmiyyəti Başkanı Prof.
Dr.Hatice Nur Erkızan da giriş məqaləsi ilə çıxış edir. 2016-cı ildə onun təşəbbüsü
və rəhbərliyi ilə Türkiyədə və Şimali Kiprdə bir sıra təntənəli mərasim, elmi
konfrans və simpoziumlar keçirildi ki, jurnalımızda bu barədə də məlumatlar dərc
ediləcəkdir. Aristotelə həsr olunmuş hər iki məqalədə məqsəd sadəcə bu böyük
filosofun elmi-nəzəri irsini bir daha xatırlamaq olmayıb, onun Ortaçağ Türk-
Islam fəlsəfəsinin və onun da sayəsində Yeni Dövr Qərb fəlsəfəsinin
oluşmasında rolunu göstərmək, habelə bu
antik irsin müasir fəlsəfi sisütemlərlə rəqabətdə yaşamaq əzmini təsdiqləməkdir.
Bu sayımız habelə Türkiyə və Azərbaycan Fəlsəfə Cəmiyyətlərinin əməkdaşlığı
şəraitində keçən bir sıra elmi-fəlsəfi tədbirlərin işıqlandırılmasına yer ayrılması və türk həmkarlarımızın geniş
miqyasda təmsil olunması ilə səciyyələnir. Güman edirik ki, Prof. Dr. Hatice Nur Erkızanla yanaşı jurnalımızda
digər tanınmış türk alimləri Prof.Dr. Rəhim Acar, Prof.Dr. Erdinç Yazıcı və
digər nüfuzlu alimlərin və araşdırmaçıların əsərləri oxucuların böyük marağına
səbəb olacaqdır. Biz bu əsərlərin çoxunu Türkiyə türkcəsində çap edir və Azəarbaycan
türkcəsində sadəcə qısa xülasə veririk. Düşünürük ki, orijinalda oxumaq “məcburiyyəti”
ortaq Türk fəlsəfi terminolojisini
oluşdurmaq işinə də yardımçı olacaqdır. Bu məqsədlə gələcəkdə hər məqalənin
sonuna müvafiq terminoloji lüğətin də əlavə edilməsini nəzərdə tuturuq.
Jurnalın bir rubrikası da Türk Cümhuriyyətlərində nəşr olunan yeni fəlsəfi
kitablar haqqında məlumat verilməsinə, onları ortaq meyarlar baxımından dəyərləndirilməsinə
və gələcəkdə vahid indeksasiya, ortaq məlumat bazası yaratmaq üçün ilk
addımların atılmasına xidmət edir.
İÇİNDEKİLER
Redaksiya şurasından.. 5
Arİstotel – 2400
Hatice Nur
ERKIZAN – Aristoteldə Ousia və Energeia: Varlığın/Var Olanın
‘Var oluşu’ Haqqında (I) 7
Səlahəddin XƏLİLOV – Aristoteldə
ruh-bədən təlimi və onun Şərq-İslam fəlsəfəsi üzərindən
müasir Qərb düşüncəsinə transformasiyasi 30
Fəlsəfə tarixi
Fulya
BAYRAKTAR – Homo Viatorun İslam Mistisizmi İşığında Oxunması (in
English) 43
Ali Sertan
BEŞER – Leo
Straussun Düşüncesində Tarixi və Fəlsəfi Problem
Olarak Sokrat 55
Rabia DIRICAN, Levent BAYRAKTAR – Türk Düşüncəsi Dərgisində
Fəlsəfi Cərəyanlar. 79
Epistemoloji A. Suat GÖZCÜ – Temporal Parçalar Metafizikası II: Temporal Keçiş Problemi 100
Din fəlsəfəsİ
Rahim ACAR – Bəşəri Hüdudlar Daxilində Dini Müxtəlifliyin Şərhi 112
Müasir siyasət
Erdinç YAZICI – Türkiydə 15 iyul Çevriliş Cəhdini dayandıran güc: Yeni
Orta Sinif 132
Elmi-fəlsəfi həyat
65-ci Fenomenologiya Konqresi // “Kultivasiya insan ekoloji formasiyasının və dayanıqlı məhsulunun
paradiqması kimi”. 146
İlahi ve bəşəri eşq – Prof.Dr. Könül Bünyadzadənin
konfransı 147
Türkiyədə Aristotel Simpoziumu keçirildi 148
Türk Dünyasının Təhsil Problemləri və Həll Yolları 148
Rəylər və mülahİzələr
Fahri Türk, Balkanlarda Yaşayan Türk Azınlıkları ve
Türkçeye Yönelik Dil Politikaları (A.Balcı) 151
..
|