az  |   tr
Fəlsəfə dünyası


Sual: Salam Səlahəddin müəllim.Men belə bir sualla müraciət etmək istərdim.Bildiyimiz kimi Demosfen-adı dillər əzbəri olan bu böyük natiqin həyatı,siyasifəaliyyəti həm öz dövründə,həm də sonrakı əsrlərdə yetişən bir sıra görkəmli şəxsiyyətlər üçün bir örnəyə,bir ibrətamiz məktəbə çevrilmişdir.Həkimlər Hippokrat adına sadiq qalmağa çalışdıqları kimi,natiqlər də Demosfenin sənətkarlıq bayrağını yüksəklərə qaldırmağa səy göstərmişlər.Demosfendən öyrənməyi hətta böyük şəxsiyyətlər də özünə ar bilməmişlər.M.T.Siseron təsadüfi deməmişdir ; "Kim Demosfen olmaq istemirsə ,o,natiq deyildir".

Səlahəddin müəllimin bu fikrə münasibətini bilmək istərdim.Bilmək istərdim ki,hazirkı dövrümüzdə yetişən natiqlərimizə nümunə göstəriləsi Demosfen və ya Demosfen kimisi varmı?

Röya Bənənyarlı
Cavab: Röya xanım.
Natiqlik sənəti ilə əlaqədar Fəlsəfə Dünyasına müraciətinizi qanunauyğun hesab edirəm. Çünki söz əslində fikri ifadə edir və necə danışmaq da necə düşünməklə sıx surətdə bağlıdır. O başqa məsələ ki, çoxları düşündüklərini deyil, hazır mətnləri ifadə edirlər. Yəni əzbərlənmiş hazır mətn hafizədən publikaya təqdim olunur. Bu natiqlik yox, məsələn, diktorluq və ya aktyorluq fəaliyyətidir. bunları fərqləndirmək lazımdır. Gözəl diktor və ya aparıcı olmaq, kiminsə əsərlərini ifa etmək sadəcə ifa sənətidir. Burada əsas məsələ məzmunda deyil, bəlli bir məzmunun necə, hansı tonda, hansı məharətlə çatdırılmasındadır. İfa sənəti barədə mən sizə heç nə deməyəcəm. Çünki bu, mənim sahəm deyil. Bunun natiqliyə də dəxli yoxdur. Əsl natiqlik məhz düşüncənin elə qurulmasını nəzərdə tutur ki, dinləyici inanmaya bilməsin. Yəni müəyyən bir fikrin təlqin olunmasından söhbət gedir. Heç də bütün alimlər, bütün fikir adamları siyasətçi ola bilmir. Siyasətçi, siyasi lider üçün ən mühüm şərtlərdən biri özünə tərəfdarlar toplaya bilmək məharətidir ki, onun da bir üsulu dinləyiciləri inandırmaqdır. Azərbaycanda buna ən yaxşı nümunə kimi Heydər Əliyevin çıxışlarını göstərmək olar. Çünki o, məhz öz fikirlərini deyir və bir qayda olaraq publikanı inandırırdı.
6457 dəfə baxılıb

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.