az  |   tr
Fəlsəfə dünyası


Sual: Salam!!! Sizin saytınızı mən mütəmadi izləyənlərdənəm və müəyyən qədər fəlsəfə ilə maraqlanıram! Mən sizdən bir şeyi maraqlanmaq istəyirəm! Əgər mümkünsə mənə yardımçı olun! Bilmək istərdim ki, İşraqilik təlimi ilə Plotinin fikirləri arasında hansısa əlaqələr varmı? Ola bilər, sualı yalnış qoyuram! Üzürlü hesab edin! Bir də xahis edirəm ki, mümkün olsa Könül xanım bu barədə məsləhət versin. Əvvəlcədən minnətdaram! Vüsal
Cavab: Sührəvərdi tərəfindən XII əsrdə əsası qoyulan İşraqilik təlimi nisbi müstəqil, orijinal bir təlimdir. Lakin bu, heç də o demək deyil ki, bu təlim əvvəlki təlimlərdən qaynaqlanmır. Sührəvərdinin bilavasitə əsaslandığı mənbələrdən biri İbn Sinanın "məşriqiyyə" təlimi və təsəvvüfdür. İdrakın işıqlanma terminologiyası ilə şərh mənbələrindən biri Plotin təlimi olsa da, Sührəvərdi ondan daha qədim olan zərdüştilik ənənələrindən təsirlənmişdir. Əslində Plotinin və digər yeniplatonçuların əsərləri də təkcə Platondan yox, həm də zərdüştilikdən bəhrələnmişdir.
Bu barədə siz prof. S.Xəlilovun "İşraqilik və müasir fəlsəfi təlimlər" (Bakı 2005) kitabından, habelə K.Bünyadzadənin "Şərq-Qərb: ilahi vəhdətdən keçən özünüdərk" kitabının müvafiq paraqrafından məlumat verə bilərsiniz.
1024 dəfə baxılıb

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.