«FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR» – 2010, № 2 (30) – [20.09.2010]
AFSEA tərəfindən nəşr olunan «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalının 2010-cu ildə ikinci nömrəsi çapdan çıxmışdır.
Jurnal Akademik Ramiz Mehdiyevin "Fəlsəfə, elm və siyasət" mövzusuna həsr olunmuş ön sözü ilə başlayır. Jurnalımızın bu sayında böyük mütəfəkkir, ictimai-siyasi xadim və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr olunmuş məqalələr işıq üzü görür. Fəlsəfi fikir ya elm vasitəsilə, ya əxlaqi-mənəvi dünyagörüşü, ya da ictimai şüura və sosial-siyasi fəaliyyətə yön verməklə son nəticədə insanların cari həyatına öz təsirini göstərmiş olur. Elə şəxsiyyətlər də vardır ki, ideyadan başlayaraq onun ictimai həyatda gerçəkləşməsinə qədər bütün mərhələlərdə fəal iştirak edir, dünyanı kənardan seyr etməklə qalmayaraq dünyaya fəal münasibətin parlaq nümunəsini göstərirlər. N. Nərimanovun həm bir maarifçi, həm özünəməxsus əqidə sahibi, həm də öz əqidəsini ictimai-siyasi həyatda gerçəkləşdirən bir şəxsiyyət kimi milli fəlsəfi fikir prizmasından tədqiq olunmasına böyük ehtiyac var. İndiyədək Nərimanovun ya bir yazıçı və maarifçi kimi, ya da dövlət xadimi kimi fəaliyyəti az-çox dərəcədə öyrənilmiş olsa da, onun məfkurəsinin özünəməxsus cəhətləri araşdırılmamış və ona kor-koranə surətdə bir bolşevik kimi yanaşıldığına görə onun şəxsiyyəti və ictimai-siyasi statusu arasındakı ziddiyyətlər öz düzgün izahını tapa bilməmişdi. Bu baxımdan da jurnalımızda bu mövzunun tədqiqinə start verilmiş, milli-fəlsəfi və ideya-siyasi fikrin tarixinə dair yeni araşdırmaların təməli qoyulmuşdur. Azərbaycan fəlsəfi fikrinin dünya fəlsəfəsinə inteqrasiyası daha bir hadisə ilə təsbit olunmuşdur. Jurnalımız The Philosopher`s İndex-ə daxil edilmişdir. Bundan sonra çap etdiyimiz bütün məqalələr haqqında qısa məlumat ingilis dilində bütün dünya kitabxanalarına çatdırılacaqdır. Bu isə həm müəlliflərin, həm də Redaksiya Şurasının məsuliyyətini daha da artırır.
AFSEA-nın və Redaksiyanın ünvanı:
Bakı AZ1014, Bülbül prospekti, 33
Tel.: (994-12) 498-17-45; Faks: (994-12) 598-13-01
E-mail: [email protected]
|
Endir
Baxılıb: 8447
|