Abbasov Əbülhəsən Fərhad oğlu
Milli maraqlar və milli ideologiya. Bakı: "Təknur". 2012, 240 səh.
Elmi redaktor: fəlsəfə üzrə elmlər doktoru,
professor Əli Abasov
Rəyçilər: fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə;
fəlsəfə doktoru, professor Aydın Şirinov
Monoqrafiyada ölkəmizin dinamik inkişafı və tərəqqisi baxımından olduqca aktual və əhəmiyyətli olan, lakin az işlənilmiş milli maraqlar və milli ideologiya problemlərindən bəhs olunur. Mövzu ilə bağlı bir sıra zəruri anlayışlar, mövcud baxışlar, spesifik və ümumi cəhətlər təhlil edilir. İctimai və qlobal transformasiyalar şəraitində Azərbaycan Respublikasının milli maraqlarının məzmun-mahiyyəti açıqlanmaqla, onların reallaşmasına yönəlmiş müəllif fikirləri, təklif və tövsiyələri irəli sürülür. Milli maraqların adekvat və dolğun ifadə olunmasında, onların həyata keçirilməsində əvəzsiz missiya daşıyan milli ideologiyanın mühüm struktur elementləri, funksional-fəaliyyət şərtləri, aparıcı ideya və prinsipləri təqdim edilir. Təhlil və ümumiləşdirmələrdə, məsələlərin qoyuluşunda və həllində, anlayış və prinsiplərin şərhində, elmi-nəzəri əsaslandırmalarda postneoklassik epistemologiyaya və onun təməl daşıyıcılarından olan mürəkkəblik fəlsəfəsinə, tənqidi-sinergetik təfəkkür konsepsiyasına, sistemli və sinergetik yanaşmaya üstünlük verilir.
Kitab alim-mütəxəssislər, siyasi və ictimai xadimlər, dövlət məmur-ları, QHT rəhbərləri, biznes təşkilatçıları, siyasi partiya fəalları, tələbə və doktorantlar, mövzu ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulmuşdur.
ISBN: 478-9952-445-05-5
MÜNDƏRİCAT
Giriş
I Fəsil. Millət və milli maraqlar
l.l. Milli maraqlar anlayışı
1.2. Milli maraqlar çoxaspektli fenomen kimi
1.3. Yeni ictimai münasibətlərin qərarlaşması
prosesində milli maraqlar problemi
II Fəsil. Qlobal transformasiyalar və milli maraqlar
2.1. Qloballaşmanın mahiyyəti, təzahürləri və ziddiyyətləri
2.2.Transformasiyaların tipoloji kontekstləri və
milli maraqların təmin edilməsi
2.3. Alternativlər və çağırışlar sistemi qarşısında
III Fəsil Milli ideologiya və postneoklassik epistemologiya
3.1. Milli ideologiya birləşdirici məna-simvol kimi
3.2. Postneoklassik epistemologiya: əsasları və mahiyyəti
3.3. Milli fenomenlər və adekvat epistemologiya zərurəti
3.4. Milli-dövlətçilik ideologiyası: əsas şərtləri, ideya və prinsipləri
3.5. İdeya, ideal və utopiya