az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə və sosial-siyasi elmlər – 2018, № 1   –  [29.07.2018]

Fəlsəfə və sosial-siyasi elmlər – 2018, № 1

Fəlsəfədə insan-dünya münasibətlərinin modelləşdirilməsi, bir tərəf­dən gerçək həyat təcrübəsindən, digər tərədən, elm və sənət üzərindən həyata keçirilir. 

Hər bir insan özünü bu və ya digər dərəcədə, müxtəlif səviyyələrdə dərk edir. Amma əslində insanın özü haqqında təsəvvürü gerçəkliyə uyğun olmaya da bilər. Ən pisi odur ki, insanlar öz obrazını, öz modelini çox vaxt tərəfkeşliklə, obyektivlikdən uzaq, bəzən hətta idealizasiya etməklə yaradırlar. Özlərini görə bilmir və çox vaxt  başqalarını özlərindən daha çox tanıyırlar. Çünki başqalarına münasibətdə daha obyektiv olurlar.

Lakin insan özünü olduğu kimi dərk etməyə çalışsa da, bu elə asan məsələ deyil. O öz sifətinə aynada rahatca baxa bilər, amma iç dünyasını göstərən ayna tapmaq çətindir. Belə bir funksiyanı yerinə yetirən “ayna” – əslində fəlsəfədir. Yəni insan özünü qapalı olduğu vaxtda, tənhalıqda, ayrılıqda deyil, ancaq dünya ilə münasibətdə dərk edə bilər. Dünya iki fərqli vəziyyətdə öyrənilir: insanın müdaxiləsi olmadan, obyektiv şəkildə; bu – elmin funksiyasıdır. Bir də İnsanın, “mən”in iştirakı ilə, yəni insanlaşmış, “mən”ləşmiş dünya – bunu öyrənmək ədəbiyyatın, sənətin funksiyasıdır.

Əbu Turxan təlimində dünya əbədi sonsuz və tükənməz olan imkanlar dünyasıdır. Hər bir insanın model-dünyası ancaq bir anzində aktuallaşa bilir. Və bu an sonsuz kiçik olduğu təqdirdə insanın dünyası heçliyə çevri­lir.Fəlsəfə ilə dini uzlaşdırmaq təşəbüslərindən biri məhz bu məsələyə aiddir. Onun fikrinə görə, imkanlar dünyası zaman və məkan çərçivəsinə salınmadan, yəni bütövlükdə və tamamilə ancaq Allah tərəfindən aktuallaş­dırıla bilər. Allahın dərgahında imkan ilə gerçəklik eyniyyət təşkil edir; çünki imkan dünyası heçlik yox, varlıqdır. Buna yaxın mövqedən çıxış edən sufilər belə hesab edirlər ki, var olan ancaq Allahdır, qalan hər şey fanidir, heçlikdir. Lakin Əbu Turxan təlimində məsələ bir qədər başqa cür qoyulur. Burada söhbət Allahın varlığından-yoxluğundan getmir; söhbət dünyanın O-nun üçün var olmasından, varlığından gedir. Yəni əslində insanın ancaq bir zaman anı və ən kiçik məkan kontiniumu çərçivəsində (guya) aktuallaşdıra bildiyi model-dünyadan fərqli olaraq, Allah üçün öz yaratdığı dünyanın həm zaman, həm məkan rakursunda bütün nöqtələri aktuallaşa biləndir.

Endir Endir

Baxılıb: 728


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.