az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 1   –  [10.07.2020]

Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 1

Elə bir dövrdə yaşayırıq ki, texnolojinin böyük təsirlərini tarazlaşdırmaq, insanın iç dünyasını, mənəviyyatını dəngələmək getdikcə daha çətin olur. Elm, texnika sürətlə inkişaf edir, bizim mənəvi tərbiyə vasitələrimiz isə zamanla ayaqlaşa bilmir. Ona görə də fəlsəfənin qarşısında duran əsas vəzifələrdən biri də bu mənəvi tarazlığı/dəngəni qorumaq üçün yeni vasitələr aramaqdan ibarətdir.

Həm insan həyatı, sağlamlıq üçün, həm də sivilizasiya üçün yeni-yeni təhdidlər yaranır. Bunlardan biri də sonaylarda bəşəriyyəti silkələyən yeni təh­lekə - koronavirus təhlükəsidir. Qlobal problemlər sırasına indi pande­miya da əlavə olunur. Bu hadisənin tibbi, iqtisadi, sosial, siyasi tərəfləri ilə yanaşı, fəlsəfi tərəfi də vardır. Ona görə də, jurnalımızın sonrakı saylarında müəlliflərin bu məsələlərə daha çox diqqət yetirməsini istərdik. Hələlik biz bu problemin fəlsəfi aspektlərini ən ümumi şəkildə nəzərə çatdırmaq istərdik.

Bu məqsədlə biz də yeni metodlara, əqli eksperimentlərə daha çox müraciət etməli oluruq.  Şərti olaraq insanın iç dünyası və xarici aləmi, təbii, ictimai və ruhi-mənəvi mühitləri ayrıca dünyalar kimi nəzərdən keçirək: fərz edək ki, bu dünyalardan birində zaman ləngiyir, dayanır və ya hətta geri gedir. Qlobal dünya strukturları və sivilizasiya öz yüzillik nailiyyətlərindən geri çəkilir. Həm də hansı isə bir virusun təhdidi ilə. Problem virus və ya təbabət miqyasından çıxaraq, sosial orqanizmlərə , qlobal dünya saatının əqrəblərinə transfer olunur...

İnsanoğlu indi belə böyükmiqyaslı bir proseslə üz-üzə qalmış və öz acizliyini hiss etməkdədir. Bu, dünyaya meydan oxuyanlara bir xəbərdarlıq, bir uyarıdır. İnanırıq ki, bəşəriyyət bu böhrandan çıxmağı bacaracaq, amma bundan çıxardığı ibrətləri heç vaxt unutmamalıdır.

Ümid edirik ki, dünya yenidən düzənlənərkən, uyduruq prinsiplərə deyil, sivilizasiyanın gerçək hərəkətverici qüvvələrinə istinad edəcəkdir. Bəşəri ağıl da yedəkdən qurtulub sükanı yenidən ələ alacaqdır.

Endir Endir

Baxılıb: 764


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.