az  |   tr
Fəlsəfə dünyası

Afinada Azərbaycan fəlsəfəsinin böyük uğuru   –  [05.09.2013]

Afinada Azərbaycan fəlsəfəsinin böyük uğuru

 

 

Avqustda Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən XXIII Ümumdünya Fəlsəfə Konqresində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar sırasına daha bir uğur əlavə olunmuşdur. Beş ildən bir keçirilən bu Dünya Konqresində ilk dəfə idi ki, Azərbaycan nümayəndə heyəti belə geniş tərkibdə təmsil olunurdu. Fəlsəfə Konqreslərinin işində müntəzəm surətdə iştirak edən AMEA-nın müxbir üzvü,  professor Səlahəddin Xəlilovdan başqa Afinada müxtəlif nəsillərin nümayəndələrinin, o cümlədən, gənclərin iştirak etməsi, son illərdə ölkəmizdə elmi əlaqələrin yetərincə genişləndiyinə dəlalət edir.

Fəlsəfə elmləri doktorları Könül Bünyadzadə, Zakir Məmmədəliyev, Adil Əsədov, Rahid Ulusel, siyasi elmlər doktoru Vəsilə Hacıyeva, fəlsəfə doktorları Ariz Gözəlov, Roida Rzayeva, Rövşən Hacıyev, Əlihəsən Həmzəyev, doktorant Çinarə Məmmədova fəlsəfənin müxtəlif sahələri üzrə bölmələrin işində, plenar iclaslarda, dəyirmi masalarda və sosial-mədəni tədbirlərdə fəal iştirak etmiş, xarici alimlərlə əməkdaşlıq haqqında danışıqlar aparmışlar.

Konqresdə elmin fəlsəfəsi, siyasətin fəlsəfəsi, ontologiya, epistemologiya, fəlsəfə tarixi və s. konkret sahələr üzrə bölmə iclaslarından əlavə, görkəmli filosofların təlimlərinə həsr olunmuş personal müzakirələr də keçirilmişdir. Platon, Kant, Şopenhauer, Yaspers kimi böyük filosoflarla yanaşı, indi sağ olan bir sıra klassiklərin (Yurgen Habermas, Umberto Eko, Anna-Teresa Timiniçka, İoanna Kuçuradi) təlimlərinə ayrıca dəyirmi masalar və seminarlar həsr olunmuşdur.

Əlamətdar haldır ki, Ümumdünya Fəlsəfə Konqreslərinin tarixində ilk dəfə olaraq müasir türk-islam dünyasının nümayəndəsinə də yer ayrılmış, onun təliminin müzakirəsi keçirilmişdir. Professor Səlahəddin Xəlilovun Şərq və Qərb fəlsəfi düşüncəsinin ortaq dəyərləri əsasında hazırladığı yeni fenomenoloji konsepsiya Konqres iştirakçılarının diqqət mərkəzində olmuşdur. Prof.Dr. Françesko Alfieri (Vatikan) Səlahəddin Xəlilovun ingilis dilində nəşr olunmuş “Həyat fenomenologiyası və İdeyanın həyatı” kitabında irəli sürdüyü yeni ideyalar barədə məruzə ilə çıxış etmişdir. Prof. Dr. Daniela Verduççi (İtaliya), Prof.Dr. Könül Bünyadzadə (Azərbaycan), Prof.Dr. Maija Kule (Latviya) və başqaları müzakirələrə qatılaraq S.Xəlilovun təlimini fenomenologiyanın Şərq düşüncə ənənələri üzərində qurulmuş yeni istiqaməti kimi dəyərləndirdilər.

Növbəti Konqresin 2018-ci ildə Pekin şəhərində keçirilməsi qərara alınmışdır. Francesco Alfieri, Salahaddin Khalilov, Konul Bunyadzade, XXIII World Philosophical Congress, Azerbailan Philosophy  

Baxılıb: 8326    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.