az  |   tr
Fəlsəfə dünyası

Azərbaycan aliminin yeni beynəlxalq uğuru   –  [04.04.2014]

Azərbaycan aliminin yeni beynəlxalq uğuru

 

 

Son dövrlərdə Azərbaycan sənətinin bütün dünyada tanıtdırılması sahəsində böyük işlər görülür. Lakin Azərbaycan təkcə şeir-sənət ölkəsi olmayıb, dünyaya həm də böyük mütəfəkkirlər bəxş etmişdir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi bir dövrdə bu ölkədə elmi və fəlsəfi fikrin də inkişaf etdirilməsinə və xalqımızın beynəlxalq miqyasda həm də müdrik bir xalq kimi tanınmasında  alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Əlamətdar haldır ki, son illərdə Azərbaycan fəlsəfi fikri də ölkə sərhədlərini keçərək, beynəlxalq miqyasda səslənməkdədir. Xüsusilə sevindirici haldır ki, bu ağır və məsuliyyətli vəzifənin icrasına gənc alimlərimiz də qoşulmuşdur.

Fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin Ümumdünya Fenomenologiya İnstitutunun Springer nəşriyyatında çıxan  “Analecta Husserliana”  çoxcildliyinin son sayında (Vol. CXVII, 2014)  “Wahdat Al-Wujud and Logos of Life: The Philosophical Comparison” adlı məqaləsi dərc edilmişdir. Kitabda fenomenologiya üzrə tanınmış mütəxəssislərin “Kosmos və zaman “ mövzusunda aktual əsərləri toplanmışdır.

Azərbaycanlı alim öz məqaləsində mühüm bir problemin müzakirəsinə qatılaraq  Vəhdət əl-Vücud və Həyatın Loqosu təlimlərinin müqayisəli təhlilini vermişdir. Şərq və Qərb  fəlsəfəsi prizmasından hər iki fəlsəfi konsepsiyanın geniş təhlilini verən müəllif bu məsələyə münasibətdə yeni mövqe nümayiş etdirir və Qərb fəlsəfəsində çox vaxt təhrif olunan Vəhdət əl-Vücud konsepsiyasının açılışını verməyə çalışır.

Bu əsər Könül Bünyadzadənin Springer nəşriyyatında çap olunan artıq 4-cü məqaləsidir və əməkdaşlıq davamlı xarakter daşıyır. Bundan öncə gənc filosofun ABŞ-da nəşr olunan nüfuzlu “Philosophy study” jurnalındakı məqaləsi də beynəlxalq fəlsəfi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Təsadüfi deyil ki, Parisdə nəşr olunan Yaradıcı Qadınlar haqqında ensiklopediyada da Könül Bünyadzadə müasir fəlsəfi fikrin tanınmış nümayəndələrindən biri kimi təqdim edilir.

 



http://www.azertag.com/node/1209491

Baxılıb: 11369    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.