"Həyat bir körpüdür" mövzusunda 2-ci seminarda müzakirələr əsasən "İnsan həyatı daha çox içdən, yoxsa mühitdən işıqlanır?" sualı ətrafında getdi. Cavablarda vurğulanan fikirlər: "Hərə öz qəlbinin dərinliyindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar". "Mühitin işıqlanması üçün öncə kimlərinsə qəlbini məşəl etməsi lazımdır." "Elə ki, mühit işıqlandı, onda düz yol seçmək üçün xüsusi fədakarlığa ehtiyac qalmır. Çünki düzlük normaya çevrilmiş olur".
Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstində araşdırılır.
Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.