Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 – [09.01.2021]
Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı
bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki
yeni bir başlanğıcın bəkləntisindədir.
Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir.
Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin
yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından
dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir. Son əsrdə
baş alıb gedən individualizm çağırışları öz “bəhrəsini vermiş”, fərdi
azadlığın/özgürlüyün mütləqləşdirilməsi marginallaşmanın yayılmasına gətirib
çıxarmışdır. Sonrakı addım isə - marginaların “fəlsəfəsi” yaranmışdır və bu “fəlsəfə”
insanlığa xidmət edən gerçək fəlsəfi fikir yürüşünü əsas yoldan sapdırmışdır.
Sağlam bəşəriyyət xəstə düşüncələrin əsirinə çevrilmişdir. Və bəşəriyyətin
özünün də xəstələnməsi qaçılmaz olmuşdur.
Dünyanın ikiqütblü, dəngəli modeli, ideolojilərin
çatışdığı və bir-birini dəngələdiyi dövr arxada qalmış, kürəsəlləşmə də fərqli
bir məcraya keçmişdir; indi siyasi-ideoloji hegemonluq iddialarında da yeni
çalarlar, siyasi anarxizm ünsürləri önə çıxmaqdadır.
Bu arada jurnalımızın Türk Dünyasında Fəlsəfə
arayışları və dövrün tələbləri ilə ayaqlaşan milli fəlsəfi fikir ideyası da bu
böyük çalxantılara rəğmən işini davam etdirməkdədir.
Birliyin təminatçısı dildir.
Fərqli düşünən və fərqli danışanların “bir
araya gəlməsi” ancaq formal və ya simvolik/simgesel ola bilər. Xüsusilə Fəlsəfə
dilin müdriklik potensialı ilə
qidalanır. Anlayışlar bir günün deyil,
min illərin əqli yürüşündən oluşmuşdur; atalarımızın düşüncə özəllikləri müasir
dövrə ən çox dil üzərindən daşınmışdır.
|
Endir
Baxılıb: 2602
|
|
|
Fəlsəfi Diskurs
|
|
Hörmətli iştirakçılarımız!
Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır. Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!
|
Cavabla
|
|
|
Elmi konfranslar və faydalı linklər
|
|
JURNAL |
|
Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
|
Ətraflı
|
|
KİTAB |
|
Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstində araşdırılır.
|
Ətraflı
|
|
|
Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
|
Ətraflı
|
|
Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
|
Ətraflı
|
"swfobject.js"
|
| |