“1 sual 7 cavab” müsabiqəsinin ilk yekunları – [01.12.2010]
“1 sual 7 cavab” Müsabiqəsinin ilk sualı Hegeldən idi: “Kim mücərrəd düşünür?” Elektron poçtuna daxil olan 23 cavabdan bəyənilən 7-si internet səhifəsində yerləşdirilmişdir. Bunlardan ən yaxşı 3 cavabın müəllifləri isə mükafata layiq görülmüşdür.
I yer – Kamal Adıgözəlov: “Mücərrəd düşünməyi bacarmayanlar”.
II yer – Fərid Mustafayev: “Mücərrəd düşünə bilmək bir istedaddır. Maddiyyata ilişib qalmayanlar,əslində qeyri-maddi olan "mahiyyəti" dərk edə bilənlər mücərrəd düşünə bilər.”
III yer – İlkin Abdullayev: “Filosoflar. Çünki onlar digərlərinin düşünə bilmədiklərini düşünə bilirlər.”
Qaliblər mükafatlandırılmaq üçün dekabr ayının 4-də saat 15.00-da Fəlsəfə Dünyasına dəvət edilirlər.
|
Baxılıb: 5832
Çap et
Dostuna göndər
|
|
|
|
Fəlsəfi Diskurs
|
|
Hörmətli iştirakçılarımız!
Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır. Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!
|
Cavabla
|
|
|
Elmi konfranslar və faydalı linklər
|
|
JURNAL |
|
Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
|
Ətraflı
|
|
KİTAB |
|
Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstində araşdırılır.
|
Ətraflı
|
|
|
Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
|
Ətraflı
|
|
Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
|
Ətraflı
|
"swfobject.js"
|
| |