Amerikalı professorla görüş – [06.03.2011]
Mart ayının 6-da ABŞ-ın Filadelfiya ştatında yerləşən Templ Universitetinin professoru, Dinlərarası, Mədəniyyətlərarası, Millətlərarası Dialoq Institutunun təsisçi-direktoru, Journal of Ecumenical Studies – jurnalının həmtəsisçisi və redaktoru Leonard Svidler Şərq-Qərb Tədqiqat Mərkəzinin qonağı oldu.
Görüşdə prof. L. Svidler və prof. S.Xəlilov sivilizasiyalar və dinlərarası dialoq, eyni zamanda dialoqun öz mahiyyəti haqqında fikir mübadiləsi apardılar. Problemin müzakirəsinin daha geniş auditoriyaya çıxarılmasının zamanın tələbi olduğunu qeyd edən filosoflar bu məqsədlə Ecumenical Studies jurnalı ilə Fəlsəfə və Sosial-Siyasi elmlər jurnalı, həm də iki tədqiqat mərkəzi arasında geniş əməkdaşlığın zəruri olduğunu vurğuladılar. Qərara alındı ki, may ayında dinlərarası dialoq mövzusunda beynəlxalq konfrans keçirilsin.
Görüşdə iştirak edən Prof. Dr. Könül Bünyadzadə, Dos.Dr. Lətafət Hümmətova, Dr. Bəhram Həsənov və Xəzər Universitetinin Şərq dilləri və Dini Tədqiqatlar kafedrasının müdiri Dr. Elnurə Əzizova və digər əməkdaşları çıxış edərək islam, xristianlıq və digər dinlərin əsasən eyni amala xidmət etdiklərini, amma bəzən xırda fərqlər üzündən qarşıdurmaların yaranması ilə əlaqədar öz mülahizə və təkliflərini irəli sürdülər.
Görüş haqqında geniş məlumat Fəlsəfə və Sosial-Siyasi elmlər jurnalının növbəti nömrəsində veriləcəkdir.

|
Baxılıb: 7030
Çap et
Dostuna göndər
|
|
|
|
Fəlsəfi Diskurs
|
|
Hörmətli iştirakçılarımız!
Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır. Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!
|
Cavabla
|
|
|
Elmi konfranslar və faydalı linklər
|
|
JURNAL |
|
Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
|
Ətraflı
|
|
KİTAB |
|
Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstində araşdırılır.
|
Ətraflı
|
|
|
Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
|
Ətraflı
|
|
Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
|
Ətraflı
|
"swfobject.js"
|
| |