az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə və sosial-siyasi elmlər – 2018, № 2   –  [29.12.2018]

Fəlsəfə və sosial-siyasi elmlər – 2018, № 2

Jurnalımızın bu sayında nəzəri-fəlsəfi məsələlərlə yanaşı, fəlsəfənin tətbiqi tərəfinə, yaşam fəlsəfəsinə, fəlsəfi həqiqətlərin aktual həyata daşınmasına və bu missiyanın həyata keçirilməsində ədəbiyyatla sıx əlaqə imkanlarının araşdırılmasına daha çox yer verilir.

İnsanı idarə edən onun düşüncəsi və hissiyyatıdır. Müx­tə­lif insanlarda bu iki komponentin nisbəti də müx­təlif olur. Kim isə hər şeyi ölçüb-biçir, başqası daha çox duyğusal olur. Kim isə hər işdə məhz fayda axtarır, baş­qa­sı gözəlliyə daha çox üs­tün­lük verir və s. Təəssüratdan çıxış etmək, qəlbi­nin hökmü ilə iş gör­­mək Şərq­də yaxşı hal sayıldığı halda, Qərbdə bir çatış­maz­lıq ki­mi dəyər­lən­di­rilir. Hər şeyə ani reaksiya verməkdənsə, ölçüb-biç­mək, qə­ra­rı ağıl süz­­gəcindən keçirmək daha düzgün sayılır. (Yeri gəl­miş­kən, biz­də də «yüz ölç, bir biç» hikməti yaran­mış­dır. Lakin təəssüf ki, əmə­li fəaliy­yət­də bunu nəzərə alanlar az­dır. Qərbdə isə bu hikmət ictimai şüu­ra, men­talitetə daxil ol­muş­dur). Lakin Qərbdə pozitivizm və praq­ma­­tizm­lə ya­na­şı, ek­zis­­tensialist yanaşma da vardır ki, bu yanaşmaya gö­rə hadisə­lə­rin özü və ya məntiqi dərki yox, ancaq emosional ya­şan­tı­sı hə­qiqi möv­cudluq­dur.

İnsanların ixtisas fəa­liyyəti maddi istehsal və ya xidmət, elm və ya mədəniyyət, yaxud istənilən başqa sahədə olmasından asılı ol­maya­raq, ən çox əqli və əməli biliklərə, peşə vər­dişlərinə əsaslanır. Bu­nunla yanaşı, hər bir insan təbi­ətə, ətrafındakı ha­di­sə­­lərə, ünsiyyətdə olduğu insan­lara müəy­yən estetik müna­sibət bəsləyir. O, hadisə­lərdən təsir­lənir və təəssüratlarını hansı isə for­­ma­larda ifadə etməyə çalışır. Bədii təfəkkür də, bədii yara­dı­cı­lıq da gerçəkliyin estetik dəyər­lən­diril­məsi prosesində ortaya çıxır.

Endir Endir

Baxılıb: 657


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.