az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə və sosial-siyasi elmlər – 2019, № 1   –  [29.06.2019]

Fəlsəfə və sosial-siyasi elmlər – 2019, № 1

Dünya kontiniumundan İnsan kontiniumuna:

 

Jurnalımızın bu sayında milli kültür/mədəniyyət məsələləri ilə yanaşı, insanın/insanlığın mahiyyəti, həyatın mənası kimi  əbədi fəlsəfi mövzulara da müraciət edilmiş, Levinasın bu sahədəki araşdırmalarına münasibət bildirilmişdir.

Biz bu ümumbəşəri məsələlələrin bir də milli kontekstdə nəzərdən keçirilməsini vacib sayırıq. Belə ki, müasir fəlsəfi fikir boş yerdə oluşmur, - onun da milli təməlləri var. Bizim məqsədimiz ümumbəşəri fəlsəfi sistemlərin təməllərini üzə çıxarmaq və dünya fəlsəfi fikrinin ümumi mənzərəsində və tarixi təşəkkülündə özümüzü, öz fikir payımızı görməkdir.

Dünya fəlsəfi fikri heç də ayrı-ayrı filosofların qurduğu sistemlərin eklektik toplusu deyil; onun bir arxa planı və alt yapısı da vardır.

Qədim Azərbaycan düşüncə ənənəsinə və milli fəlsəfi fikrimizin ayrılmaz parçası olan zərdüştiliyə görə  bu dünyada hər şey iki qütb arasındadır;  dünyanın özü də.

Bizim yaşadığımız və bizim bildiyimiz dünya da fərqli rakurslarda uyğun qütblərlə  sərhədlənir. Min illərdən bəri insanlar bu qütbləri Yer və Göy kimi, bəzən də Şərq və Qərb kimi təsbit etmişlər.  Başqa bir bölgüyə görə həyat  zamanın qütbləri – keçmiş və gələcək arasında dövran edir. Yəni zaman kontekstində də aktual varlıq – indi iki qütb arasında bəlirlənir.

Bütün bölgülərdə qütblər varlığın, həyatın özünü deyil, sərhədlərini ifadə edir.

Lakin bu bölgülər heç də ilk baxışda göründüyü kimi, fiziki-həndəsi məna ilə məhdudlaşmayaraq, çox mühüm simvolik mündəricəyə (podtekstə, məcazi mənaya) malikdir. Amma simvolik olaraq istənilən şeyin, hadisənin hüdudları zaman-məkan təsəvvürləri ilə bəlirlənir, ifadə olunur (fiziki-həndəsi təsəvvürlərin dilinə çevrilir.).

Rəmzləşmə – fiziki dünya ilə insan dünyası arasındakı adekvatlığın ifadəsidir.

Endir Endir

Baxılıb: 643


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.