az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə və sosial-siyasi elmlər – 2019, № 2   –  [21.12.2019]

Fəlsəfə və sosial-siyasi elmlər – 2019, № 2

Qloballaşma dövründə yaşayırıq və o sadəcə iqtisadi və ya ekoloji aspektlərdə deyil, ideoloji səpkidə də böyük təbəddülatlarla müşaiyət olunur, ədəbiyyat və fəlsəfədən də yan keçmir. 

Mədəniyyətlərin/sivilizasiyaların savaşından çox yazilib, bəs fəlsəfə ilə, ədəbiyyatla, sənətlə müharibə necə, mümkündürmü?!  

Yox, biz milli ədəbiyyatlar və ya fəlsəfələr  arasında bir yarışmadan, birincilik uğrunda mücadilədən/savaşdan bəhs etmirik; söhbət  ədəbiyyatın başqa yöndəki müharibələr üçün bir vasitəyə çevrilməsindən gedir. Bir zaman böyük Cavid “Toplar gurlayanda ədəbiyyat susur” deyirdi... Çünki o vaxt yeni qlobal təcavüz planları hələ işlənib-hazirllanmamış, topdan-tüfəngdən daha qorxunc silaha çevrilməmişdi.  

III Dünya müharibəsi olsa, bunun bəşəriyyət üçün nə ilə nəticələnə biləcəyini dərk edən böyük dövlətlər, xüsusilə nüvə silahı olan ölkələr öz aralarında müharibədən çəkinir və güclərini ancaq zəiflərin üzərində sınayırlar. Amma təhlükə mənbəyi ancaq nüvə silahıdırmı? İş burasindadır ki,  qloballaşma şəraitində müharibələrin də xarakteri dəyişir, daha doğrusu, yeni-yeni  formaları meydana gəlir: bioloji, psixixoloji, genetik-ekoloji və informasiya müharibəsindən tutmuş, ta-a zehinlərin yönləndirilməsinə; təhsil sisteminə, kütləvi ədəbiyyata, kino və tv filmlərinə qədər. Maraqlısı isə budur ki, zehni cəhətdən geri qalmış xalqlar bu müharibəyə nə vaxt, necə cəlb olunduqlarından, təcavüzə necə məruz qaldıqlarından heç xəbər də tutmurlar. Ən azından ona görə ki, diqqət, maraq və fikirlər özü də başqa səmtə yönləndirilmiş olur.  

Endir Endir

Baxılıb: 656


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.