az  |   tr
Fəlsəfə dünyası

Elmi-fəlsəfi həyat


Fəlsəfi Diskursa yekun vuruldu! 25.10.2011   Fəlsəfi Diskursa yekun vuruldu!
Fəlsəfi Diskursda bu dəfə iştirakçılar Kantın “Maarifçilik nədir?" sualı ətrafında düşündülər. Münsiflər yerlərə görə bölgü aparmadan üç cavabı xüsusi qeyd etdilər. Əbu Turxanın “Şərqi geri qoyan fikir tənbəlliyidir” kəlamı bizim Diskursda da özünü göstərir. Fikirləşmək bir yana dursun, adicə sualı qoyan şəxsin bu sualı harada, necə və nə üçün qoyduğunu bilmək üçün təşəbbüs göstərilmir (bircə Sayalı Əliyevanın əsərlə tanışlığı hiss olunur). Heç olmasa maraq xatirinə dönüb Kanta müraciət edilsə idi, orada əslində cavab da tapılardı. Axı, Kant sadəcə sual verməyib; bu sual onun əsərinin adıdır və biz nəzərdə tuturduq ki, həmsöhbətlərimiz əsəri oxuyub bundan sonra öz münasibətlərini bildirəcəklər. Çünki Kant dövründən xeyli vaxt keçib. Biz başqa bir ölkədə, başqa bir zəmanədə yaşayırıq. Bizim öz filosoflarımız var və onların da fikrini tətbiq etməyi öyrənməliyik.
E L A N 25.10.2011   E L A N
Oktyabr ayının 29-da saat 15.00-da “İctimai tərəqqidə maarifçilik məqamı” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
İnsan nə dərəcədə öz həyatını yaşayır? 23.10.2011   İnsan nə dərəcədə öz həyatını yaşayır?
Diqqətlə araşdıranda, fəlsəfi prizmadan baxanda məlum olur ki, adamların çox böyük əksəriyyəti öz həyatını yaşamır. Biz gələk əvvəlcə müəyyənləşdirək, insanın öz həyatı nədir, öz həyatını yaşamaq asanmı yoxsa çətinmi. Birincisi, hətta bunu da müəyyənləşdirmək çox çətindir ki, hansı həyat insanın öz həyatıdır. Gəlin təsvirdən başlayaq. Müasir elmin əsas metodu elə olanları təsvir etməkdir. İnsan nə edir? Doğulur, uşaq olanda hara qoyurlar, orada da oturur, hara qoyurlar orada da yatır, əl qolunu bələyirlər, bəzən açırlar. Bunu özü seçmir. Gəlin məsələni belə qoyaq – öz həyatı deyəndə insanın özünün seçdiyi həyatımı nəzərdə tutacağıq, yoxsa nə isə başqa bir şeyi mi? Özünün seçdiyi həyatdırsa, o artıq bir növ özünün qurduğu həyat ilə üst-üstə düşür və burada avtomatik olaraq uşaq vaxtı yaşanan həyatın öz həyata aidiyyəti olmur, ona görə ki uşaq vaxtı onun qəyyuma ehtiyacı var, başqası tərəfindən yaşadılmağa ehtiyacı var.
“Fəlsəfi Diskurs”a yekun vuruldu! 30.09.2011   “Fəlsəfi Diskurs”a yekun vuruldu!
Fəlsəfi Diskursda bu dəfə iştirakçılar “Şüurlu həyat nədir? İnsanı onun şüurlu həyatımı daha çox ifadə edir, yoxsa şüursuz həyatı?" sualı ətrafında düşündülər. Münsiflərin uzun müzakirəsinin nəticəsində, birinci yerə heç bir cavab layiq görülmədi, 2-ci və 3-cü yerlərdən hər birinə iki nəfər, iki fəxri qalib təyin edildi. Bundan başqa, daha 3 diqqətəlayiq cavab fəlsəfi seminarda müzakirə olunacaq.
E L A N 26.09.2011   E L A N
Oktyabr ayının 1-də saat 15.00-da “İnsan nə dərəcədə öz həyatını yaşayır” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
Azərbaycan filosoflarının Beynəlxalq Konqresdə iştirakı 07.07.2011   Azərbaycan filosoflarının Beynəlxalq Konqresdə iştirakı
27 iyun – 1 iyul 2011-ci ildə Türkiyənin İstanbul Kültür Universitetində “Fenomenologiya və İnsanın Kosmosda Mövqeyi – Həyat, Dünya, Təbiət, Yer” mövzusuna həsr olunmuş 61-ci Beynəlxalq Fenomenologiya Konqresi keçirildi. Dünya Fenomenologiya İnstitunun prezidenti prof. Anna-Tereza Timinieçkanın rəhbərliyi və İstanbul Kültür Universitetinin təşkilatçılığı ilə baş tutan konqresdə Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, İtaliya, Belçika, Norveç, Macarıstan, Rumıniya, Argentina, Cənubi Afrika Respublikası, Latviya, Gürcüstan, Polşa, Rusiya və s. ölkələrdən gəlmiş nümayəndə heyətləri təmsil olunurdu. Plenar iclasda Azərbaycanm nümayəndə heyətinin başçısı AMEA-nın müxbir üzvü, prof. Səlahəddin Xəlilov Konqresin Rəyasət Heyətinə üzv seçildi.
Fəlsəfə Dünyasında elmi-fəlsəfi seminar keçirildi 16.06.2011   Fəlsəfə Dünyasında elmi-fəlsəfi seminar keçirildi
Həqiqətən də, dünyanın tabe olduğu umumi qanunauyğunluq, nizam və harmoniya dəyişməsə də (bu harmoniya və qanunauyğunluğu dəyişmək yalnız, böyük Yaradanın qüdrətindədir), onun konkret halda, müxtəlif şəraitlərdə və müxtəlif cür təzahürləri (hansı ki, biz onları şüurumuzun məhsulu olaraq qanunlar kimi formulə edirik) nisbi xarakter daşıyır və dəyişilə bilər.
Fəlsəfi Diskursa yekun vuruldu! 10.06.2011   Fəlsəfi Diskursa yekun vuruldu!
Bəli, dünyanın bir ahəngi vardır və burada bütün hadisələr təsadüfi olmayıb müəyyən bir qanunauyğunluq əsasında baş verir. Dünyada gedən proseslər bir təkamül kimimi dəyərləndirilə bilər, dalğavarı bir hərəkət kimimi, yaxud rəqsi, yaxud dövri bir hərəkət kimimi, – yaxud bunların hamısı eyni vaxtdamı baş verir, yaxud hansı isə bir qanunauyğunluq daha böyük miqyaslı bir hadisənin tərkibinə alt struktur kimimi daxil olur, – bu barədə biz birqiymətli şəkildə hökm edə bilmərik. Bildiyimiz odur ki, hansı isə bir ahəng və qanunauyğunluqlar vardır.
E L A N 03.06.2011   E L A N
İyun ayının 11-də saat 15.00-da Fəlsəfə Dünyasında “Dəyişən və dəyişməz qanunlar” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
“Elm, sənət, mənəviyyat” mövzusunda elmi-fəlsəfi seminar keçirildi 23.05.2011   “Elm, sənət, mənəviyyat” mövzusunda elmi-fəlsəfi seminar keçirildi
Geniş mənada mənəviyyat rus dilində «духовность» sözünə uyğun gəlir. Dar mənada isə mənəviyyat anlayışı əxlaq mənasında işlədilir. J.J.Russoya verilən sualda mənəviyyat sözü məhz dar mənada, əxlaq mənasında işlədilmişdir. Daha sonra S.Xəlilov elm, sənət və mənəviyyat anlayışlarının nisbəti məsələsinə aydınlıq gətirmişdir. O, bu anlayışların kəsişdiyi ortaq nöqtələrdən, sahələrdən bəhs etdi, onların arasındakı qarşılıqlı əlaqələrin nədən ibarət olduğunu üzə çıxarmışdı ki, bu da, S.Xəlilovun sözlərinə görə, diskursumuza çıxarılan sualın mənasını təşkil edir. Belə ki, elm insansızlaşmış dünyanı öyrənir. Onun məqsədi dünya haqqında həqiqəti üzə çıxarmaqdır.
Alimlərimiz Vaşinqton Konqres kitabxanasında 23.05.2011   Alimlərimiz Vaşinqton Konqres kitabxanasında
Şərq-Qərb Tədqiqat mərkəzinin əməkdaşları Dr. Aqil Şirinov və Dr. Bəhram Həsənov Amerika dövlət departamentinin və Konqres kitabxanasının təşkilatçılığı və maliyyə dəstəyi ilə may ayının 4-dən 14-nə qədər dini tolerantlıq problemi ilə bağlı Vaşinqtonda və Los Ancelsdə səfərdə olublar. Vaşinqtonda Konqres kitabxanasında keçirilən görüşdə Şərq-Qərb Tədqiqat Mərkəzinin rəhbəri AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun və Mərkəzin icraçı direktoru Prof.Dr. Könül Bünyadzadənin kitabları kitabxanaya hədiyyə edilib.
Elm və sənətin inkişafı mənəviyyatın saflaşmasına yardımçı olurmu? - Fəlsəfi Diskursun nəticələri! 20.05.2011   Elm və sənətin inkişafı mənəviyyatın saflaşmasına yardımçı olurmu? - Fəlsəfi Diskursun nəticələri!
"Elm və sənətin inkişafı mənəviyyatın saflaşmasına yardımçı olurmu?" Bu suala cavabına görə, məşhur filosof Jan Jak Russo Fransa Akademiyasının müsabiqəsində qalib gəlmişdir. Məmnunluq hissi ilə bildiririk ki, məzmunlu və hərtərəfli cavabın sayı xeyli artmışdır. Qalib olmağa layiq müəlliflər çoxdur. Ənənəvi qaliblərimiz olan Dr. Dos.Mətanət Abdullayeva və Dr. Tofiq Əhmədovla yanaşı, indi ilk dəfə iştirak edən və ilk dəfə qaliblər sırasına daxil olan müəllifləri fərqləndirmək qərarına gəldik.
E L A N 18.05.2011   E L A N
May ayının 21-də saat 15.00-da Fəlsəfə Dünyasında “Elm, sənət, mənəviyyat” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
Prof. S.Xəlilovun "Elm haqqında elm" kitabının təqdimat mərasimi oldu 17.05.2011   Prof. S.Xəlilovun "Elm haqqında elm" kitabının təqdimat mərasimi oldu
2011-ci il mayın 17-də saat 10.30-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Rəyasət Heyətinin binasında AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “ELM haqqında ELM” kitabının (elmi redaktoru və ön sözün müəllifi – akademik Ramiz Mehdiyev, rəyçilər – akademik Mahmud Kərimov və akademik Arif Mehdiyev) təqdimat mərasimi oldu.
"Varislik, yaradıcılıq və inkişaf" mövzusunda elmi-fəlsəfi seminar keçirildi 16.05.2011   "Varislik, yaradıcılıq və inkişaf" mövzusunda elmi-fəlsəfi seminar keçirildi
Sualımıza verilən cavabların təhlilindən belə bir qənaətə gəlmək olur ki, əgər “Yaradan tək Allahdır” konsepsiyasından çıxış etmiş olsaq, yaradılmışlar yaradandan daha şərəfli ola bilməz. Bununla belə, burada “dahinin yanında dahinin yetişməsi”nin mümkün olub-olmaması məsələsi də ortaya çıxır. Zirvə tək olsa da, dahilər ancaq dahilərin yanında yetişə bilər. Məsələn, sufilərdəki mürşid-mürid münasibətlərinə görə, müəyyən bir səviyyəyə çatdıqdan sonra mürşid öz müridinə izn verir ki, ondan ayrılsın və mürşid kimi fəaliyyət göstərsin. Deməli, istedadlıya kömək etmək lazımdır. Bu məsələdə “istedadlı özünə yol açacaqdır, istedadsıza kömək etmək lazımdır” kimi geniş yayılmış fikir yanlışdır.
"Elm haqqında Elm" kitabının təqdimatı 13.05.2011   "Elm haqqında Elm" kitabının təqdimatı
2011-ci il mayın 17-də saat 10.30-da AMEA-nın Rəyasət Heyətinin binasında AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “ELM haqqında ELM” kitabının təqdimat mərasimi olacaq.
“Şey özündən şərəfli olanı yarada bilərmi?” - Fəlsəfi Diskursun yekunları. 05.05.2011   “Şey özündən şərəfli olanı yarada bilərmi?” - Fəlsəfi Diskursun yekunları.
Bu dəfə Fəlsəfi Diskursda Şihabəddin Yəhya Sührəvərdinin “Şey özündən şərəfli olanı yarada bilərmi?” sualı ətrafında müzakirə açıldı. Suala verilən cavablardan daha çox bəyənilən 23-ü saytda yerləşdirildi. Bunlardan 5 ən yaxşı cavabın müəllifi mükafata layiq görüldü.
E L A N 04.05.2011   E L A N
May ayının 7-də saat 15.00-da Fəlsəfə Dünyasında “Varislik, yaradıcılıq və inkişaf” mövzusunda elmi-fəlsəfi seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
“Qadınsız və kişisiz fəlsəfə” 29.04.2011   “Qadınsız və kişisiz fəlsəfə”
Aprel ayının 23-də Fəlsəfə Dünyasında “Qadınsız və kişisiz fəlsəfə” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Fəlsəfədə ümumiyyətlə insanı və ya insan ümumisini səciyyələndirən əlamətlər onun ruh və bədənə malik olması, şüurlu varlıq olması, nitq qabiliyyəti və s. bu kimi universal cəhətlərdir. Əgər söhbət nisbətən konkretləşmiş insandan: cavan və ya qocadan, kişi və ya qadından gedirsə, deməli, biz fəlsəfədən ayrılmışıq və hansı isə bir elmi müstəvidə, yaxud adi şüur səviyyəsində söhbət aparılır.
Böyük fəlsəfədə qadının yeri varmı? 17.04.2011   Böyük fəlsəfədə qadının yeri varmı?
İnsan bütün ali varlıqları öz simasında təsəvvür edir. Və ona görə də tez-tez səhvə yol verərək yüksək məxluqların da cinslərə bölündüyünü təsəvvür edir. Halbuki, bu ehtimalın qarşısını almaq üçün Qurani Kərimdə, məsələn, mələklərin cinsi bölgüsü qadın kimi təsəvvür edilməsi Hər bir kəs kişi olmazdan öncə insandır. Fəlsəfədə kişinin və ya qadının dünyaya baxışı, dünyagörüşü, təfəkkürü öyrənilmir. Fəlsəfə İnsan ilə dünya arasındakı münasibəti öyrənir. Yəni məhz fəlsəfi düşüncə zamanı hərə öz cinsi mənsubiyyətinin fövqünə qalxaraq öz insani mahiyyətindən çıxış edir. Şüur da, nitq də, məntiq də qadın və kişi üçün eynidir.
  <<   1, 2, [3], 4, 5, 6   >>

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.