az  |   tr
Fəlsəfə dünyası

Elmi-fəlsəfi həyat


E L A N 17.01.2011   E L A N
Yanvar ayının 22-də saat 15.00-da Fəlsəfə Dünyasında “Ağıl və ehtiras kotekstində Eşq” mövzusunda seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
Hansı məsafə daha böyükdür: ehtirasdan Eşqə, yoxsa ağıldan Eşqə?! 17.01.2011   Hansı məsafə daha böyükdür: ehtirasdan Eşqə, yoxsa ağıldan Eşqə?!
Daha düzgün cavab variantında eşqin müxtəlif adamlarda müxtəlif olması səbəbindən məsafələrin də müxtəlifliyi nəzərə alınmalı idi. Əsas məsələ öncə terminlərin düzgün müəyyənləşdirilməsidir. Həm ehtiras, həm də ağıl dilimizdə bir neçə mənada işlənir. Ehtiras – şəhvət kimi və ehtiras – hissi enerji kimi. Ağıl – praktik, gündəlik ağıl, ölçüb-biçmək kimi və ağıl – əql, zəka mənasında. Cavablardakı müxtəliflik də terminləri hansı mənada işlətməkdən irəli gəlir.
"Kamillik" mövsusunda elmi seminar keçirildi. 06.01.2011   "Kamillik" mövsusunda elmi seminar keçirildi.
Yanvar ayının 4-də Fəlsəfə Dünyasında “Kamillik” mövzusunda elmi seminar keçirildi. Tədbirdə Prof.Dr. Səlahəddin Xəlilov, Prof.Dr. Cavad Heyət, Prof. Dr. Fərman İsmayılov, Prof. Dr. Aydın Şirinov, Prof. Dr. Könül Bünyadzadə, Dos.Dr. Lətafət Hümmətova, Dos.Dr. Vəsilə Hacıyeva, Dr. Eltac Yüzbaşov, Dr. Bəhram Həsənov, Dr. Rəşad İlyasov, Amerika, Türkiyə və İrandan gəlmiş qonaqlar, aspirant və magistrlar iştirak edirdi. Seminarı giriş sözü ilə Prof.Dr. Səlahəddin Xəlilov açdı və fərdi kamilliklə ictimai yetkinliyin əlaqəsindən bəhs etdi.
E L A N 02.01.2011   E L A N
Yanvar ayının 4-də saat 15.00-da Fəlsəfə Dünyasında “Kamillik” mövzusunda seminar olacaq. Arzu edənlər iştirak edə bilər!
Qalib gələcəkmi cahanda kamal!? 01.01.2011   Qalib gələcəkmi cahanda kamal!?
Bu dəfə Fəlsəfi Diskursda iştirakçılar Səməd Vurğunun “Qalib gələcəkmi cahanda kamal!?” sualına cavab axtardılar. Diskursda 23 cavab dəyərləndirildi və 11 bəyənilən cavab saytda yerləşdirildi. Bunlardan 3 ən yaxşı cavabın müəllifi mükafata layiq görülmüşdür. I yer – Züriyə Babayeva: “Qaliblər kamil olan zaman, kamal qalib olacaq.”
“Fəlsəfi Diskurs”un yekunları 15.12.2010   “Fəlsəfi Diskurs”un yekunları
Müsabiqədə Əbu Turxanın “Kimdir müqəssir: əzən, yoxsa əzilən?” sualına verilən cavabların dəyərləndirilməsi yekunlaşdırılmışdır. Suala 45 iştirakçı cavab vermiş və 15 bəyənilən cavab saytda yerləşdirilmişdir. Bunlardan 3 ən yaxşı cavabın müəllifi mükafata layiq görülmüşdür. – Fəlsəfi Diskurs iştirakçıların düşüncə tərzi haqqında nə kimi təsəvvür yaradır? – Bizim gənclər problemdə, situasiyada müəyyən bir məqamı önə çə­kə­rək, digərlərini sanki unudurlar. Yəni ən böyük çatışmazlıq mü­cər­rəd düşüncədən konkretə keçid mərhələsindədir. Məsələn, “əzən və əzilən” görüntüsünün arxasında olduqca fərqli mahiyyətlər dayana bilər:
Fəlsəfə Dünyasının “1 sual 7 cavab” müsabiqəsinin ilk qalibləri müəyyən edildi. 06.12.2010   Fəlsəfə Dünyasının “1 sual 7 cavab” müsabiqəsinin ilk qalibləri müəyyən edildi.
Dekabr ayının 4-də saat 15.00-da "1 sual 7 cavab" müsabiqəsinin qalibləri Fəlsəfə Dünyasına dəvət olundular. Qaliblər "Fəlsəfə və gənclik" mövzusunda Dəyirmi Masadakı söhbətə qatıldılar. Sonra qaliblərə imzalı kitablar və mükafatlar təqdim olundu, xatirə şəkilləri çəkdirildi.
“1 sual 7 cavab” müsabiqəsinin ilk yekunları 01.12.2010   “1 sual 7 cavab” müsabiqəsinin ilk yekunları
“1 sual 7 cavab” Müsabiqəsinin ilk sualı Hegeldən idi: “Kim mücərrəd düşünür?” Elektron poçtuna daxil olan 23 cavabdan bəyənilən 7-si internet səhifəsində yerləşdirilmişdir. Bunlardan ən yaxşı 3 cavabın müəllifləri isə mükafata layiq görülmüşdür. Qaliblər mükafatlandırılmaq üçün dekabr ayının 4-də saat 15.00-da Fəlsəfə Dünyasına dəvət edilirlər.
AFSEA-nın jurnalı Beynəlxalq İndeks Mərkəzinin siyahısına daxil edilmişdir 19.11.2010   AFSEA-nın jurnalı Beynəlxalq İndeks Mərkəzinin siyahısına daxil edilmişdir
Bu günlərdə ölkəmizə ictimai elmlərin böyük uğuru hesab edilə biləcək şad xəbər gəlmişdir. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) 2003-cü ildən başlayaraq nəşr etdirdiyi "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı baş ofisi ABŞ-da yerləşən Fəlsəfi Jurnal və Kitabların Beynəlxalq İndeks Mərkəzinin (The Philosopher's Information Center. An International Index to Philosophical Periodicals and Books) siyahısına daxil edilmişdir. Bir il əvvəl elmi jurnalların indeksləşdirilməsi üzrə beynəlxalq İndex Copernicus'un siyahısına daxil edilən jurnal bu dəfə də ictimai və humanitar elmlər üzrə ilk dəfə olaraq belə bir uğura imza atmışdır.
Fəlsəfə Dünyası bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edir. 09.09.2010   Fəlsəfə Dünyası bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edir.
Allah bu ayın bərəkəti ilə hər kəsin məqamını Öz qatında bir mərtəbə ucaltsın: imansızlar imana gəlsin, imanlıların imanı möhkəmlənsin; oruc tutmayan peşman olub gələn Ramazanın həsrəti ilə yaşasın, oruc tutanlar 1 ay boyunca bəhrələndikləri nemətdən daha artığının onları gözlədiyini anlasın; kimləri isə incidənin ürəyinə Allah xofu düşsün, Allahdan qorxanların qorxusu təqva məqamına yüksəlsin... və beləcə bəşəriyyət Allaha doğru yüksələn pillələrdə dayanmasın. Allahın gözəl nuru heç kəsdən yan keçməsin və hər kəs "öz qabına" görə bu nurdan pay alsın.
Antik fəlsəfənin canlanması 28.08.2010   Antik fəlsəfənin canlanması
10-13 avqust 2010-cu il tarixində Norveçin Bergen şəhərində tanınmış filosof Anna-Teresa Tymienieckanın rəhbərlik etdiyi Dünya Fenomenologiya İnstitutu Norveçin Bergen Universitetində “Fenomenologiya / Ontopoesis, Antik fəlsəfənin canlanması” mövzusunda 60-cı Beynəlxalq Fenomenologiya Kongresi keçirmişdir.
İsveçdə XVII Ümumdünya  Sosiologiya  Konqresi keçirilmişdir 09.08.2010   İsveçdə XVII Ümumdünya Sosiologiya Konqresi keçirilmişdir
11-17 iyul 2010-cu il tarixlərində İsveçin Qöteburq şəhərində XVII Ümumdünya Sosiologiya Konqresi keçirilmişdir. Beynəlxalq Sosiologiya Assosiasiyası (ISA) və İsveç Sosiologiya Assosiasiyasının birgə təşkil etdikləri konqresin işində dünyanın müxtəlif ölkələrindən 5007 elm adamı iştirak edirdi.
“Ziyalı ünsiyyəti”ndə görüş 08.04.2010   “Ziyalı ünsiyyəti”ndə görüş
Aprel ayının 4-də “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində professor Səlahəddin Xəlilovla görüş olub. S.Xəlilovun “Milli mentalitetin təfəkkür qatı” mühazirəsi qonaqlar tərəfindən maraqla dinlənildi. Çıxışdan sonra mövzu ətrafında diskussiya keçirildi və S.Xəlilov verilən sualları cavablandırdı.
"Fəlsəfə" jurnalının beynəlxalq miqyasda tanınması 15.03.2010   "Fəlsəfə" jurnalının beynəlxalq miqyasda tanınması
AFSEA tərəfindən nəşr olunan «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalı elmi jurnalların indeksləşdirilməsi üzrə dünyada tanınan İndex Copernicus'un siyahısında qeydiyyatdan keçmişdir.
Səlahəddin Xəlilovun “Aşk və Akıl” mövzusundaki konfransı 02.03.2010   Səlahəddin Xəlilovun “Aşk və Akıl” mövzusundaki konfransı
Fevralın 23-də Gazi Universitetinin 100-ci İl Mədəniyyət Mərkəzində AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun həmin üniversitetin iqtisadi idari elmlər fakültəsi “Akademik Düşüncələr Araşdırma Cəmiyyəti” (ADAT) tərəfindən təşkil olunan “Aşk ve Akıl” mövzusunda konfransı keçirilmişdir.
S.Xəlilov  Türkiyənin “Səs Tv” kanalının qonağı olmuşdur 02.03.2010   S.Xəlilov Türkiyənin “Səs Tv” kanalının qonağı olmuşdur
Türkiyənin Ankara şəhərinə səfəri çərçivəsində AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov “Səs Tv” kanalının “Erdinc Yazıcı ilə Konuşulmayanlar” proqramının qonağı olmuşdur.
“Universitet və Elm” mövzusunda keçirilən simpozium 02.03.2010   “Universitet və Elm” mövzusunda keçirilən simpozium
23-24 favral 2010 tarixləri arasında Türkiyənin Ankara şəhərində Türkiyə Elmlər Akademiyası və TOBB (Türkiyə Odalar və Borsalar Birliği) Universitetinin birgə təşkil etdikləri “Üniversitet və Elm” mövzusunda iki günlük simpoziyum keçirilmişdir.
Səlahəddin Xəlilov TRT-2 telekanalının qonağı olmuşdur 02.03.2010   Səlahəddin Xəlilov TRT-2 telekanalının qonağı olmuşdur
Fevralın 24-də AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov Türkiyənin TRT-2 telekanalında yayımlanan “Ekogün” proqramının canlı yayım qonağı olmuşdur.
Səlahəddin Xəlilovun Türkiyənin bir qrup ziyalısı ilə görüşü keçirilmişdir. 02.03.2010   Səlahəddin Xəlilovun Türkiyənin bir qrup ziyalısı ilə görüşü keçirilmişdir.
Fevralın 22-də Gazi Universitetinin mərasimlər zalında (Ankara şəhəri) AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun Türkiyənin bir qrup ziyalısı ilə görüşü keçirilmişdir.
18.02.2010   M Ü S A B I Q Ə
AFSEA Azərbaycanda fəlsəfə sahəsində aparılan tədqiqatların stimullaşdırılması və dəyərləndirilməsi məqsədilə müsabiqə elan edir.
  <<   1, 2, 3, 4, [5], 6   >>

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.