az  |   tr
Fəlsəfə dünyası

Elmi-fəlsəfi həyat


"Həyat bir körpüdür" mövzusunda 2-ci seminar 27.09.2015   "Həyat bir körpüdür" mövzusunda 2-ci seminar
Həyat bir körpüdür" mövzusunda seminar 27.09.2015   Həyat bir körpüdür" mövzusunda seminar
Fəlsəfə Dünyasında hikmət ağacı 27.12.2014   Fəlsəfə Dünyasında hikmət ağacı
F ə l s ə f ə D ü n y a s ı bütün fəlsəfə və hikmət sevənləri Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2014-cü il münasibəti ilə təbrik edir və arzu edir ki, illərin dəyişməsi ilə düşüncələrdəki aydınlıq da artsın, həmrəylik həm ürəklərdə və ideya qatında, həm də əməldə yaşansın.
Allah rəhmət eləsin, ANNA-TERESA TYMIENIECKA 10.06.2014   Allah rəhmət eləsin, ANNA-TERESA TYMIENIECKA
Cümə günü gecə (6-7 iyun 2014) dünyanın ən məşhur filosoflarından biri, Azərbaycanın və bütün İslam dünyasının böyük dostu Anna-Teresa Timiniçka haqq dünyasına qovuşmuşdur. Prof.Dr. Anna-Teresa Timiniçka müasir dövrdə fenomenologiyanın canlı klassiki, həyat fenomenologiyasının yaradıcısı, Qərb-Şərq Fəlsəfə dialoqunun təşəbbüskarlarından biri, Ümumdünya Fenomenologiya İnstitutunun təsisçisi və prezidenti, “Husserliana” məcmuəsinin baş redaktoru idi. Prof.Dr. Anna-Teresa Timiniçka 2004-cü ildə Azərbaycanda olmuş, Şihabəddin Yəhya Sührəvərdinin 850 illik yubiley mərasimində iştirak etmişdir. Azərbaycaanda fenomenoloji tədqiqatların aparılmasına dəstək vermiş, Azərbaycan fəlsəfəsinin dünya miqyasında təmsil olunmasına şərait yaratmışdır. AFSEA adından dünya fəlsəfə ictimaiyyətinə bu ağır itki münasibəti ilə dərin hüznlə başsağlığı veririk.
Azərbaycan aliminin yeni beynəlxalq uğuru 04.04.2014   Azərbaycan aliminin yeni beynəlxalq uğuru
Bu əsər Könül Bünyadzadənin Springer nəşriyyatında çap olunan artıq 4-cü məqaləsidir və əməkdaşlıq davamlı xarakter daşıyır. Bundan öncə gənc filosofun ABŞ-da nəşr olunan nüfuzlu “Philosophy study” jurnalındakı məqaləsi də beynəlxalq fəlsəfi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Təsadüfi deyil ki, Parisdə nəşr olunan Yaradıcı Qadınlar haqqında ensiklopediyada da Könül Bünyadzadə müasir fəlsəfi fikrin tanınmış nümayəndələrindən biri kimi təqdim edilir.
Azərbaycanda ilk dəfə Fəlsəfi Təqvim hazırlanmışdır!!! 24.02.2014   Azərbaycanda ilk dəfə Fəlsəfi Təqvim hazırlanmışdır!!!
Fəlsəfə Dünyası Azərbaycanda ilk dəfə Fəlsəfi Təqvim hazırlamışdır. Görkəmli türk filosofu Əbu Turxanın hikmətli sözləri və kəlamlarından istifadə olunmuş təqvimdə görkəmli filosof və mütəfəkkirlərin doğum tarixləri öz əksini tapmışdır. Təqvimlə Fəlsəfə Dünyasında tanış olmaq olar.
Azərbaycanın filosof qadınları UNESCO-nun layihəsində 22.02.2014   Azərbaycanın filosof qadınları UNESCO-nun layihəsində
Bakı, 13 dekabr (AzərTAc). Parisdə UNESCO xətti ilə “Le Dictionnaire Universel des Femmes Créatrices” – “Yaradıcı qadınlar ensiklopediyası” çap olunmuş və bu nəşrin təqdimat mərasimi keçirilmişdir.
Fəlsəfə dünyasında KİTAB-Yolka!!! 30.12.2013   Fəlsəfə dünyasında KİTAB-Yolka!!!
F ə l s ə f ə D ü n y a s ı bütün fəlsəfə və hikmət sevənləri Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2014-cü il münasibəti ilə təbrik edir və arzu edir ki, illərin dəyişməsi ilə düşüncələrdəki aydınlıq da artsın, həmrəylik həm ürəklərdə və ideya qatında, həm də əməldə yaşansın.
Qurban bayramınız mübarek! Biz nəyi bayram edirik? 13.10.2013   Qurban bayramınız mübarek! Biz nəyi bayram edirik?
İbrahimin öz oğlunu qurban deməsi məhz min illərdən bəri insanların cahil ənənəsinin adi bir nümunəsi idi. Bu “norma”dan kənara çıxmaqla, təkcə İsmayılın yox, ümumiyyətlə insan oğlunun qurban verilməsi ənənəsinə son qoyuldu ki, bu da sivilizasiya tarixində çox möhtəşəm bir irəliləyişdir. Və bunu bayram etməyə dəyər!
Afinada Azərbaycan fəlsəfəsinin böyük uğuru 05.09.2013   Afinada Azərbaycan fəlsəfəsinin böyük uğuru
Ümumdünya Fəlsəfə Konqreslərinin tarixində ilk dəfə olaraq müasir türk-islam dünyasının nümayəndəsinə də yer ayrılmış, onun təliminin müzakirəsi keçirilmişdir. Professor Səlahəddin Xəlilovun Şərq və Qərb fəlsəfi düşüncəsinin ortaq dəyərləri əsasında hazırladığı yeni fenomenoloji konsepsiya Konqres iştirakçılarının diqqət mərkəzində olmuşdur.
Üsküdar Universitetində "Eşq və ağıl" mövzusunda seminar 03.07.2013   Üsküdar Universitetində "Eşq və ağıl" mövzusunda seminar
Bu gün İstanbulun Üsküdar Üniversitetinin Gənclk mərkəzində Prof.Dr. Səlahəddin Xəlilovla görüş keçirildi. Universitetin Elif Proyekti çərçivəsində həyata keçirilən görüşdə filosof “Eşk və Ağıl” mövzusunda tələbələrə dəyərli biliklər verdi. Görüşün sonunda tələbələr Prof. Dr. Səlahəddin Xəlilova plaket, filosof isə gənclərə imzalı kitablarını hədiyyə etdi.
Azərbaycan fəlsəfəsi “Springer”də 18.03.2013   Azərbaycan fəlsəfəsi “Springer”də
2013-cü ilin ilk nömrəsində “Springer” nəşriyyatının çap etdiyi “Analecta Husserliana” (Cild CXIII) məcmuəsində Azərbaycan filosoflarının məqalələri dərc edilmişdir. “Ağıl və hiss həyat məbədinin karkası və arakəsmələri kimi” adlı bölmədə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov qədim dövrdən indiyədək fəlsəfə tarixində əsas müzakirə mövzularından biri olan “ağıl və hiss” problemini fenomenoloji metodologiya əsasında işıqlandırmışdır. “Həqiqət yolu: mütləqdən nisbiyə, nöqtədən çevrəyə” adlı bölmə isə Fəlsəfə, Sosiologiya və Hüquq institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə tərəfindən yazılmışdır. Müəllif təsəvvüf və fenomenologiya arasında müqayisə apararaq, “nöqtə” anlayışını hər iki fəlsəfi prizmadan təhlil etmişdir.
Novruz bayramınız mübarək! 16.03.2013   Novruz bayramınız mübarək!
“Fəlsəfə Dünyası” bütün fəlsəfəçiləri Novruz bayramı münasibəti ilə təbrik edir, onlara yaradıcılıq sevinci və sağlam ruh arzulayır.
8 mart Qadınlar bayramı 07.03.2013   8 mart Qadınlar bayramı
Bütün filosof qadınları 8 mart Qadınlar bayramı münasibəti ilə təbrik edirik. Onlara ailə ocağının verdiyi qadın səadəti, söz və ideyanın bəxş etdiyi yaradıcılıq sevinci, müqəddəslik duyğusu ilə nurlanan İlahi eşq arzulayırıq.
26.12.2012  
Fəlsəfə Dünyasında Kitab-Yolka!
Azərbaycanlı filosof Rodos forumunda 05.10.2012   Azərbaycanlı filosof Rodos forumunda
Prof. Dr. Səlahəddin Xəlilov Rodosda keçirilən "Sivilizasiyalararası dialoq" Ümumdünya forumunda iştirak edir. 04.10.2012-ci il tarixdə o, "Sivilizasiyaların monoloqu və Mədəniyyətlərin dialoqu" mövzusunda çıxış etdi. Çıxışın video yazısını saytımızın qonaqlarına təqdim edirik.
Bakıda “Türk Dünyasında fəlsəfi və mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans 29.09.2012   Bakıda “Türk Dünyasında fəlsəfi və mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans
Sentyabr ayının 27-də Kempinski Hotel Badamdarda Azərbaycan, Türkiyə və Qazaxıstan filosoflarının birgə təşəbbüsü ilə “Mədəniyyətlərin dialoqu şəraitində Türk Dünyasında fəlsəfə və mənəvi dəyərlər” mövzusunda Türkiyə Respublikası Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə beynəlxalq elmi konfrans başlandı.
Parisdə keçirilən beynəlxalq konqresdə azərbaycanlı filosofun yeni kitabının təqdimatı olmuşdur 11.08.2012   Parisdə keçirilən beynəlxalq konqresdə azərbaycanlı filosofun yeni kitabının təqdimatı olmuşdur
Avqustun 8-10 tarixində Parisdə Lüsenari Milli İncəsənət Teatr Mərkəzində “Kosmosun gücü və həyatın ontopoetik genezisi” mövzusunda 62-ci Beynəlxalq Fenomenologiya Konqresi keçirilmişdir. 23 ölkəni təmsil edən 100-ə yaxın görkəmli mütəxəssisin iştirak etdiyi Konqres Ümumdünya Fenomenologiya İnstitutu (ABŞ) tərəfindən təşkil olunmuşdur.
Konfutsi fəlsəfəsinin işığında 09.06.2012   Konfutsi fəlsəfəsinin işığında
9 iyun 2012-ci ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin rəhbəri prof. Səlahəddin Xəlilov Bakı Dövlət Universiteti Konfutsi İnstitutunun direktoru xanım Hu Fenghuanı qəbul etmişdir.
I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu 19.05.2012   I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu
10-11 May 2012-ci il tarixdə Türkiyənin Ankara şəhərində I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu keçirilmişdir. Atatürk Kültür Mərkəzinin dəstəyi ilə Ankara Universitetində baş tutan tədbirdə təhsildə önə çıxan yeni yanaşmalar və konsepsiyalar, paradiqma və nəzəriyyələr, yeni cəmiyyət və yeni qlobal sosial problemlər müzakirə edilmişdir. Yeni cəmiyyət, təhsildə dəyərlər sistemi, gələcəyin təhsil sosiologiyası, gəncliyin mədəniyyəti və problemləri və s. 18 təməl problem üzərində qurulmuş simpoziumda 13 əsas mövzu ətrafında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
  [1], 2, 3, 4, 5, 6   >>

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.